Abid Qafarov həbsxana xəstəxanasında kliniki ölüm keçirib

23 dekabr, 2022 14:41

Bir il müddətinə azadlıqdan məhrum edilmiş ictimai fəal Abid Qafarov dünən Penitensiar Xidmətin Müalicə Müəssisəsində kliniki ölüm keçirib. Bu barədə Turan-a onun həyat yoldaşı Elnurə Qafarova bildirib.

Onun sözlərinə görə, həkimlər əvvəlcə onun öldüyü qənaətinə gəliblər, amma sonra onu reanimasiyaya yerləşdiriblər, ürək masajından sonra o, özünə gəlib. "O, bütün bunları xatırlamır, ona bütün bunlar barəsində həkimlər danışıblar", deyə həyat yoldaşı dekabrın 23-də Abid Qafarovla telefonla danışdıqdan sonra bildirib.

Qafarovu telefonla danışdıqları yerə onunla eyni palatada müalicə alan digər məhbuslar gətirib. "O, özünü pis hiss edir. Abid deyib ki, bədəninin bir tərəfini və üzünün sol hissəsini hiss etmir. O, əlində heç nə saxlaya bilmir, başında ağrılar, qulağında küy var", deyə Qafarova bildirib.

Müalicə Müəssisəsinə köçürülməsini xahiş etməsinə baxmayaraq, Abidi yüksək temperaturu olduğu halda 10 gün 14 saylı cəzaçəkmə müəssisəsində saxlayıblar. 

"Temperaturu 41 dərəcəyə qalxdıqdan və qıcolmalar başladıqdan sonra cəzaçəkmə müəssisəsinin həkimi insult ola biləcəyini deyib, noyabrın 25-də onu hospitala göndəriblər. Amma orada da onun temperaturu yüksək, təzyiqi isə aşağı - 60/40 olub. Dekabrın 22-də isə o, qəfildən yıxılıb və insult keçirib", deyə həyat yoldaşı qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Turan-a bildirib ki, Qafarov kliniki ölüm keçirməyib.

"Dünən onun təzyiqi düşüb. Həkimlər müdaxilə ediblər və indi səhhətində problem yoxdur. Müalicə davam edir. Bu gün ailə üzvləri onunla görüşüblər", deyə Sadıqov bildirib.

* "Bakı Birlik" ictimai təşkilatının rəhbəri və "Kim.tv" YouTube kanalının aparıcısı Abid Qafarov iyulun 13-də bir qrup Qarabağ müharibəsi veteranının şikayəti ilə bir il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məhkəmə onu CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilib.

İddiaçılar - müharibə veteranları Qafarovun "itaətkar" olmamaq və özbaşınalığa müqavimət göstərmək çağırışını təhqir hesab ediblər.

Hüquq müdafiəçiləri hesab edirlər ki, Qafarovun həbsi "Tərtər İşi"ni, xüsusən təqsirsiz hərbi qulluqçuların həbsini və onlara işgəncə verilməsini tənqid edənlərin təqibi kampaniyasının davamıdır.

Maraqlıdır ki, Abid Qafarov və digər hüquq müdafiəçilərinin tələb etdiyi kimi, "Tərtər İşi"nə yenidən baxıldıqda və satqınlıqda ittiham olunan hərbiçilər azad edildikdə Qafarovu böhtanda ittiham edənlər etiraz etməyiblər.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"