ABŞ-dan İrana çağırış
27 dekabr, 2022 10:11
ABŞ İranı bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırıb.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Prays ABŞ-ın təşəbbüsü ilə İranın BMT-nin Qadınların Statusu Komissiyasından çıxarılmasını xatırladıb. Onun sözlərinə görə, bu, "mərd iran qadınlarını dəstəkləmək üçün" edilib.
"Onların hüquqları uğrunda mübarizə davam edir", - ABŞ Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.