Ermənistana qarşı təzminatla bağlı iddia hazırlanır

28 dekabr, 2022 13:45

Bizim iki məhkəmədə - Beynəlxalq Ədalət Məhkəməsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Ermənistana qarşı iddialarımız var.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, hər iki məhkəmədə söhbət insan hüquqlarından gedir.

“Digər məsələlər gündəmdə deyil. Ona görə təzminat məsələsi çox mürəkkəb məsələdir. Biz bu məsələləri fərdi şəkildə milli məhkəmələrdə qaldıracağıq. Məsələn, İsveçrənin şirkəti var ki, hansı ki, Qarabağda qeyri-qanuni fəaliyyət göstərir və gəlir əldə edir. Biz onlara qarşı İsveçrə məhkəməsində iddia hazırlayırıq”,- deyə o əlavə edib.