Azərbaycan Ordusunun reytinqi...

06 yanvar, 2023 10:49

Hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalı 2023-cü il üçün reytinq siyahısını açıqlayıb.

Siyahıya əsasən Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sırada, Cənubi Qafqazda isə birinci yerdədir.

Belə ki, Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir.

Siyahıda ilk üç yeri ABŞ, Rusiya və Çin ordusu tutur. Türkiyə dünyanın 11-ci ən güclü ordusuna malikdir.

Siyahının tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər nəzərə alınır.