"Boş söhbətdir, kimin adına nə var, hamısı bilinir" - Talıbovun sənədləri itirməsinə reaksiya

06 yanvar, 2023 20:57

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus "Gəmiqaya Şirkəti" MMC-yə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədlərinin itdiyi barədə məlumat yayılıb.

Bildirilir ki, Tumbul kəndində yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus iki torpaq sahəsinin plan və ölçüləri, eləcə də MH-0047251 və MH-0047252 seriya nömrəli çıxarışları itdiyi üçün etibarsız sayılıb.

Sözügedən sənədlərin Vasif Talıbovun bir sıra mülklərinin əlindən alınması barədə xəbərlərin yayıldığı bir vaxtda it-bata düşməsi diqqətdən yayınmır.

Bəlkə, sənədlər bilərkdən "itirilib"? Məgər indiki dövrdə bu sənədləri yenidən əldə etmək mümkün deyil?

Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, sözügedən sənədlərin itməsi mümkündür:

"Amma bu, az ehtimal olunur. Çünki belə sənədlər adətən, güvənli yerdə saxlanılır. İtən sənəd sadəcə, daşınar sənəd olub. Amma bunun elektron bazası var axı... Həmçinin bütün böyük şirkətlər illik hesabatlar tərtib edir. İllik hesabatlarda şirkətin aktivləri və passivləri aydın görünür. Yəni, şirkətin nə qədər daşınar və daşınmaz əmlakının olduğu illik hesabatlarda əksini tapır və hər il Maliyyə Nazirliyinə təqdim olunur. İstənilən daşınmaz əmlak paralel olaraq, ilk növbədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatda olur. Orda kimin adına nə qeydə alınıbsa, hamısı bilinir. Ona görə də hansısa sənədin tam itməsi boş söhbətdir".

Ekspertin sözlərinə görə, sənədin itməsi onun hüquqi varisinin dəyişməsi anlamına gəlmir:

"Tutaq ki, kağız itib, amma o yenə də həmin şirkətin adınadır və dövlət qeydiyyatındadır. Sənədin əsli sistemdə olduğu üçün yenidən şəhadətnamə və ya digər adda sənədi əldə etmək mümkündür. Hansı sənəd itibsə, o, təkrar əldə edılə bilər".

Ə.Məmmədlinin fikrincə, kiminsə səlahiyyətindən istifadə edərək qanunsuz şirkət qurması və həmin şirkətin sənədinin olmaması halı mümkün deyil:

"Hüquqi baxımdan mövcud olmayan şirkət hansısa əməliyyatlarda iştirak edə bilməz. Əgər şirkətin mülkiyyətindən söhbət gedirsə, sənədi olmayan şirkət mövcud ola bilməz. Şirkət və onun daşınar-daşınmaz əmlakı mütləq qeydiyyata alınır. Təsəvvür edin, qeydiyyatsız avtomobil sürürsüz. Nə qədər sürə bilərsiz? Ya da qeydiyyatsız əmlakı necə sığorta edə bilərsiz? Bu, mümkünsüzdür"(bakupost.az). 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"