Qarabağ separatçılarının rəhbərlərindən daha biri "vuruldu"

11 yanvar, 2023 10:04

Qarabağdakı separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan daha bir neçə “yeniliyə” imza atıb.

Ermənistan KİV-lər xəbər verir ki, Arutyunyan Srbuhi Arzumanyanı separatçıların qondarma "hökumət"ində “ədliyyə naziri”, Aram Sarkisyanı “şəhərsalma naziri”, Armen Manqasaryanı “sosial inkişaf və miqrasiya naziri” təyin edib.

Mətbuatdan çoxlarına tanış olan David Babayan isə terrorçu dəstənin “xarici işlər naziri”  vəzifəsindən kənarlaşdırlıb. Onun yerinə Sergey Qazaryan gətirilib.

Qeyd edək ki, David Babayan Vitali Balasanyandan sonra separatçıların rəhbərliyindən uzaqlaşdırılan ikinci aktiv şəxsdir.