Ermənistanın spikerindən Laçın yolu açıqlaması...

13 yanvar, 2023 14:49

Azərbaycanın rəsmi səviyyədə Laçın yolunun açıq olduğuna dair çoxsaylı bəyanatlarına baxmayaraq Ermənistan rəsmiləri israrla məsələni gündəmdə saxlamağa, bundan ucuz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar.

Növbəti belə “qəhramanlığı” Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan göstərib.

O, yerli mətbuata açıqlamasında deyib ki, Ermənistan Laçın yolunun “açılması üçün" Azərbaycanla danışıqlarda iştirak etməyəcək.

Simonyan lideri Paşinyan kimi yenə həddini aşıb, Xankəndindəki separatçıların Bakı ilə danışa biləcəyini və buna cəhd etdiklərini iddia edib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da yanvarın 10-da keçirdiyi mətbuat konfransında verdiyi bəyanatlarda İrəvanla separatçı rejim arasında guya, hansısa “fikir ayrılığının” olduğunu nümayiş etdirməyə çalışıb. Ancaq İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan qaçması bunun da ermənilərin yeni oyunu olduğunu söyləməyə əsas verir.

Alen Simonyan İrəvanın Laçın yolu ilə danışıqlara niyə daxil olmaq istəməməsini gülünc arqumentlə əsaslandırmağa cəhd edib. O bildirib ki, guya Ermənistan bunu etsə, onda üçtərəfli bəyanatı etibarsız elan etməli olacaq.

“Ermənistanın xarici işlər naziri elə bu səbəbdən həmkarları ilə dekabrda Moskvada keçirilən görüşə qoşulmayıb” –deyə, spiker növbəti dəfə saxtakarlıq edib.

“Ermənistanın Laçın yolu ilə bağlı danışıqlarda iştirak etməməsini düzgün sayırmı” sualına Simonyan cavab olaraq bildirib ki, “Üçtərəfli razılaşmada” Ermənistan tərəfinin Laçın yolu ilə bağlı hər hansı addımları nəzərdə tutulmayıb. Ona görə də, İrəvanın bu danışqlarda iştirak etməyəcəyini, edərsə bunun 9 noyabr bəyanatını ləğv olacağını iddia edib(azpolitika.info).

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"