Rusiya Soledar şəhərini ələ keçirdiyini rəsmən elan etdi

13 yanvar, 2023 14:50

Rusiya ordusu Ukraynanın Soledar şəhərini ələ keçirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanvarın 12-də axşam saatlarında Soledar şəhəri Rusiya qoşunları tərəfindən alınıb.

Məlumata görə, Rusiya Aerokosmik Qüvvələri Soledarın ələ keçirilməsi zamanı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus üç təyyarə və bir helikopteri sıradan çıxarıb.