Qızıl Xaç Komitəsinin maşınları ilə Qarabağdan Ermənistana bir neçə xəstə aparılıb

21 yanvar, 2023 14:52

Yanvarın 21-də Qızıl Xaç Komitəsinin avtomobillərilə Xankəndidən Ermənistana 4 ağır xəstə aparılıb, bir nəfər isə Qarabağa gətirilib. Bu barədə şənbə günü Ermənistan KİV bildirib.

Eyni zamanda, Rusiya sülhməramlılarının bir neçə yük və minik avtomobili Laçın yolu ilə hər iki istiqamətdə hərəkət edib.

Şuşa yaxınlığındakı keçid məntəqəsində vətəndaş fəallarının aksiyası 41 gündür ki, davam edir. Hər hansı insident qeydə alınmayıb.