""Vasif Talıbovun adamı" deyib hamını işdən çıxarmaq olmaz"

31 yanvar, 2023 18:10

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Naxçıvan Ali Məclisinin sədr müavini Azər Zeynalov və onun timsalında Vasif Talıbovdan qalma “köhnə qvardiya” Naxçıvanın yeni rəhbərliyinin işinə maneələr törədir. 

Doğrudur, Vasif Talıbovun istefasından sonra muxtar respublikanın hüquq-mühafizə orqanlarında, eləcə də gömrük və digər qurumlarda bir sıra dəyişikliklər olub. Ancaq məlumdur ki, icra strukturlarında və Ali Məclisin yuxarı eşelonunda Talıbovun adamları qalır və bu adamlar yeni rəhbərliyə maneələr yaratmaqda maraqlıdırlar. 

Maraqlıdır, Naxçıvanda Vasif Talıbovun kadrlarından üzülüşmək üçün nə etmək lazımdır? 

Ümumiyyətlə, V.Talıbovun kadrları, əsasən, hansı strukturlardadır?

Başdan-ayağa bütün kadr korpusunu dəyişmək lazımdır, yoxsa müəyyən kilid postlarda yeniliklər etmək kifayətdir?

Suallarımızı cavablayan Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev yenisabah.az-a açıqlamasında deyib ki, hazırda Naxçıvanda yaxşı islahatlar həyata keçirilir: 

“Eləcə də vasif Talıbovun dövründə çoxsaylı qadağalar var idi ki, onlar da aradan götürülür. Yəni orada işlər hələ indi-indi qaydasına düşür. Doğrudur, camaatın narazılığı var, çünki əvvəl onlar bir növ Vasif Talıbovun əsarətində idilər və heç bir şey edə bilmirdilər. Lakin indi DTX işləyir və bu məsələlər davam edəcək”. 

Eks-millət vəkili əlavə edir ki, Naxçıvanda polis, DTX və gömrükdən başqa Dövlət Sərhəd Xidməti və ordu da birmənalı şəkildə mərkəzə tabe olmalıdır: 

“Çünki ən çox narazılıq bu 2 qurumdandır. Artıq digər qurumlardakı islahatlar öz işini görməyə başlayıb, lakin hələ ki o 2 qurumdan narazılıqlar böyükdür. Amma bu islahat daimi və davamlı olmalıdır”.

C.Nuriyev iddia edib ki, nə qədər yeni islahalatlar olsa da, yenə də narazılar olacaq, bu da təbiidir: 

“İnsan harada varsa, orada risk var, risk olan yerdə də narazılıq var. Ona görə də bu, Naxçıvanda islahatlar yavaş-yavaş həyata keçirilir. Oraya gedən Fuad Nəcəfli də yeni və gəncdir. Görək, işləri necə quracaq? Çünki o, bundan əvvəl tanınmayan bir adam olub deyə, onun iş metodunu heç kəs bilmir. Ona, ancaq 1 ildən sonra qiymət vermək olar, yoxsa ki, indidən ona hücum etmək, yaxud tərifləməklə onu çaşdıra bilərik. Biz, əslində, ona uğurlar arzulamalıyıq ki, işlərinin öhdəsindən layiqincə gəlsin”. 

“Talıbovçular”ın yeni rəhbərliklə münasibətlərinə toxunan müsahibimiz söyləyib:

“O ki qaldı Talıbovdan qalma komandanın yeni rəhbərliyin işində törətdiyi maneələrlə bağlı səslənən ittihamlara, bu, mənə o qədər də inandırıcı görünmür. Çünki orada təkcə vəzifədən çıxarılma məsələsi yoxdur, əksinə, həbs edilənlər də var. İndi orada həm Hesablama Palatası yoxlama aparır, həm audit yoxlamaları həyata keçirilir, həm də vergi və gömrük yoxlayır. Yəni bunların nəticələri yaxın zamanlarda bilinəcək”. 

“Bir də ki, əgər əmr verən keyfiyyətsizdirsə və əmri verən onu icra etməyə məcburdursa, bunu da nəzərə almaq lazımdır. Yəni o vaxtdan qalan bütün kadrları çıxarıb tökməklə Azərbaycan bir şey qazanmayacaq. Bu metod düzgün deyil. Köhnələrdən kim gedirsə, işçilər pis vəziyyətdə qalır, yenilərdən isə kim gəlirsə, öz komandasını yığır. Kim də söyləsə ki, köhnə kadrların çıxarılması səhvdir, o dəqiqə onu düşmən edirlər. Ona görə də mən belə “kadr qırğını”nın əleyhinəyəm. Yəni kütləvi şəkildə hamını “Vasif Talıbovun adamı” kimi işdən çıxarmaq düzgün deyil. Bunların da ailəsi, uşağı var, bir tikə çörək evlərinə aparmalıdırlar. Əgər məcburi nəyisə ediblərsə, həmin adamları qınamaq heç də düz deyil”, - fikirlərini tamamlayıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"