Hikmət Hacıyev müharibə cinayətlərinin statistikasını açıqladı

21 oktyabr, 2020 10:35

Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan ordusunun Azərbaycanın mülki əhalisini hədəf almasına dair son fakt və məlumatları bölüşüb.

Azsiyasət.com xəbər verir ki, Hikmət Hacıyev bu barədə öz tvitter hesabında yazıb.

“Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı müharibə cinayətləri davam edir. 20 oktyabrda 6 şəhərə 498 mərmi atılıb: Tərtər- 423, Ağdam - 49, Ağcabədi- 24, Goranboy-2 mərmi. 4 raket və 3 dron hücumu olub. Naftalan və Goranboya “Smerç” raketləri atılıb. Tərtərdə 2 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb”,- deyə Prezidentin köməkçisi qeyd edib.