Azərbaycan və Rumıniya enerji təchizatı üzrə yeni saziş imzalayacaqlar

03 fevral, 2023 10:34

Rumıniya prezidentinin Azərbaycana hazırkı səfəri zamanı müzakirə olunan və həll olunan məsələlər strateji əhəmiyyət kəsb edir. Bunu Prezident İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohanneslə birgə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, tərəflər qarşılıqlı ticarəti artırmaq niyyətindədirlər və bu vəzifə Buxarestdə görüşəcək Hökumətlərarası Komissiya qarşısında qoyulub.

İkitərəfli münasibətlərdə enerji də mühüm rol oynayır. “İndi əməkdaşlığımız yeni mərhələyə qədəm qoyur. Buxarestdə Azərbaycan təbii qazının Rumıniyaya tədarükü haqqında saziş imzalanıb. Rumıniyanın infrastrukturu vasitəsilə Azərbaycan qazı digər Avropa ölkələrinə də nəql olunacaq”, - deyə Əliyev bildirib.

Digər sahə yaşıl enerjidir. Bu istiqamətdə çox mühüm addım atılıb və ilk Yaşıl Enerji Məşvərət Şurası fevralın 3-də keçiriləcək. “Bu, çox strateji layihədir, böyük investisiyalar tələb edən layihədir, bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir. Təbii ki, biz ümid edirik ki, rəhbər komitənin sabahkı ilk iclası da gələcək birgə fəaliyyətlər üçün yol xəritəsi təklif edəcək”, - Əliyev bildirib.

Öz növbəsində Klaus İohannis bildirib ki, Cənubi Qafqaz regionu həm Rumıniya, həm də Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edir.

Rumıniya Azərbaycanla strateji tərəfdaşlıq haqqında sənəd imzalayan ilk Aİ üzvüdür.  İlham Əliyevin 2022-ci il dekabrın 17-də Buxarestə səfəri zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş imzalanıb.

“Biz ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirmək və strateji əhəmiyyət kəsb edən regional layihələri həyata keçirmək istəyirik. Biz həmçinin enerji, ticarət, investisiya, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığa hazırıq”, - Yohannes bildirib.

O, Əliyevə təşəkkür edib ki, yanvar ayından Azərbaycan Rumıniyaya əlavə həcmdə qaz nəql etməyə başlayıb.

"Sabah iki ölkənin neft şirkətləri - "Romgaz" və SOCAR arasında yeni saziş imzalanacaq, ona əsasən, 2023-2024-cü illərdə Rumıniyaya əlavə qaz tədarük ediləcək".

Bundan əlavə, Rumıniya və Azərbaycan Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

“Cənab Əliyevlə müzakirə etdiyimiz son məsələlərdən biri Rusiyanın Ukraynaya təcavüzü və Qara dəniz regionunda vəziyyət olub. Biz belə çətin vəziyyətdə həmrəyliyin vacibliyini vurğuladıq və Azərbaycanın bu məsələlərlə bağlı mövqeyini yüksək qiymətləndirdik”, - Yohannes yekunda bildirib.

Qeyd edək ki, gün ərzində Əliyev Yohanneslə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıb.

Fevralın 3-də Əliyev və Yohannes Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasında iştirak edəcəklər.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"