"Qərbdə dedilər ki, Azərbaycana qarşı təcavüzə hazırlaşırsız" - Paşinyan

09 fevral, 2023 14:13

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında Azərbaycanla sərhədlərə KTMT-nin deyil, Avropa İttifaqı müşahidəçilərinin gətirilməsinin “səbəbləri” barədə danışıb.

Erməni mediası xəbər verir ki, Paşinyan dolaysıyla bu addımı KTMT ilə Azərbaycanı qarşı-qarşıya qoymaq cəhdlərinin baş tutmadığı üçün atdığını etiraf edib.

Paşinyan iddia edib ki, guya, KTMT-dən onlar üçün prinsipial məsələyə aydınlıq gətirilməsini - Ermənistanda məsuliyyət zonasını dəqiqləşdirməyi xahiş ediblər: “Yəni, bizə desin ki, Ermənistan Respublikasını hansı sərhədlərdə təsəvvür edirlər. Bu sualın dəqiq cavabını ala bilmədik...”

Əslində isə Paşinyan hələ delimitasiya olunmayan sərhəddəki mübahisəli ətrazilərin Ermənistana aid olduğunu iddia edərək KTMT qüvvələrinin ora yerləşdirilməsinə və beləliklə, Azərbaycanla üz-üzə gəlməsinə cəhd edirdi. KTMT-yə üzv dövlətlər bundan imtina etdiyindən Paşinyan Ermənistanı Avropada “bazara çıxardı”...

Paşinyan isə bunu Avropa İttifaqının mübahisəli əraziləri Ermənistan ərazisi kimi “tanıması” kimi izah edir: “ Digər tərəfdən, Aİ missiyası göndərmək ona görə mümkün oldu ki, Praqada dördtərəfli görüşdə Aİ Ermənistan ərazisini dəqiq cızdı... Yəni dedilər ki, onlar Ermənistan Respublikasının xəritəsini belə təsəvvür edirlər. Yaxud da biz dedik, onlar bunu nəzərə alaraq təsdiqlədilər. Onlar bu ərazinin monitorinqi üçün gəlirlər”.

Paşinyan Aİ müşahidəçilərinin Ermənistana yerləşdirilməsi məsələsində “daha bir incəliyə” toxunub. Onun sözlərinə görə, guya, Aİ müşahidəçilərinin Ermənistana göndərilməsi qərarı verilənədək Bakı Ermənistanı Rusiya ilə birlikdə Azərbaycana qarşı təcavüzə hazırlaşmaqda ittiham edib.

“Qərb tərəfdaşlarımız da bizə çəpəki baxmağa başlamışdılar, deyirdilər ki, siz gerçəkdən də aqressiv hərəkətlərə hazırlaşırsız, çünki Rusiya və Ermənistan əsgərlərini sərhədə yığırsız. Azərbaycana hücuma hazırlaşırsız, azərbaycanlılar yüksəklikləri tutmağa çalışırlar ki, vəziyyəti balanslaşdırsınlar. Biz də dedik ki, lap yaxşı, gəlin yerində baxaq, görək bütün bunlar reallığa uyğun gəlir, yoxsa yox”, – Paşinyan qeyd edib.

Paşinyan növbəti dəfə saxtakarlıq edərək, kommunikasiyaların açılmasına hazır olduğunu iddia edib. Ancaq yenə də Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirmək istəmədiklərini bildirib. Buna haq qazandırmaq üçün isə 2020-ci ilin 9 noyabr atəşkəs bəyanatında dəhliz sözünün yazılmamasını bəhanə edib.

Xatırladaq ki, Avropa İttifaqı ötən ilin oktyabrdan dekabrınadək Azərbaycan-Ermənistan sərhədinə iki aylıq missiya yerləşdirilib. Qurum 2023-cü ilin yanvarında Ermənistan-Azərbaycan sərhədinə yeni missiya göndərəcəyini açıqlayıb. Rəsmi Bakı iki aylıq missiyadan fərqli olaraq bu missiyanı təsdiqləməyib, öncədən razılaşdırılmadığını bəyan edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"