Makron Qarabağa hansı ordunu gətirmək istəyir? - Rusiyalı politoloq

10 fevral, 2023 14:14

Paşinyan Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş rus sülhmərmalıların getməsindən sonra bura başqa ölkələrin sülhməramlılarının yerləşdirilməsi təklifini öz müttəfiqləri ilə birgə reallaşdırmağa çalışacaq. Onun müttəfiqlərinin arasında AB və xüsusilə də Fransa yer alır. Bildiyiniz kimi, ən güclü erməni diasporu məhz Fransada yerləşir. Fransa Prezidenti Makronun üzərində isə erməni diasporunun təsiri xeyli yüksəkdir. Çünki şəxsən Makronun mövqeyi Fransa siyasi sisteminin digər dairələrinə nisbətən daha çox ermənipərəstdir.

Bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.

Markov Paşinyanın hədəfinin məlum olduğunu bildirib:

“O anlayır ki, Ermənistan ordusu ilə Qarabağa nəzarəti saxlaya bilməyəcək. Təxminən iki il yarımdan sonra rus sülhməramlıları mandatlarını itirərək, Qarabağı tərk edəcəklər. Ərazinin nəzarəti isə Ermənistan ordusundan qat-qat güclü olan Azərbaycan ordusuna keçəcək. Ermənistan hakimiyyəti öz ordusu ilə Azərbaycan ordu qüvvələrinin qarşısını ala bilməyəcəyini yaxşı bilir. Buna görə də istəyir ki, başqa biri ölkəsinin maraqları üçün mübarizə aparsın”.

Markov qeyd edib ki, Emənistan hakimiyyətinin əsas ümidi rus ordusuna idi:

“İrəvan hesab edirdi ki, Rusiya daha çox erməni mövqeyini dəstəkləyəcək. Və bu dəstəyi almaq üçün İrəvan müxtəlif şəkildə cəhd etdi. Hətta Qarabağ uğrunda mübarizəni Azərbaycanla Ermənistanın davası kimi yox, Türkiyə ilə Rusiyanın mübarizəsi kimi qələmə verməyə çalışdı. Amma İrəvanın bu planı baş tutmadı. Rus cəmiyyəti Qarabağı Ermənistan və Azərbaycanın mübarizəsi kimi tanıyır. Kreml bitərəf mövqe tutmalı olduğunu anlayır və bu baxımdan da rus sülhməramlılar neytral mövqedədir. Bütün bunlara görə də Ermənistan ABŞ-a, NATO-ya və AB-yə doğru getdi. İrəvan rus sülhməramlıları fransızlar və ya AB-nin təsirində olan başqa ölkələrin hərbçiləri ilə əvəz etmək istəyir. Aydındır ki, Paşinyan bu istəyini reallaşdırmaq üçün çox cəhd edəcək. Amma onların cəhdləri iki ciddi müqavimətlə üzləşəcək. Birincisi, Azərbaycanın müqaviməti ilə. Rəsmi Bakının razılığı olmadan onun suveren ərazisinə - Qarabağa hansısa sülhməramlıların göndərilməsi mümkün deyil. Azərbaycan isə buna razılıq verməyəcək.

İkincisi isə Ermənistan Kremlin müqaviməti ilə üzləşəcək. Rusiya Cənubi Qafqazda, yəni Qarabağda sülhməramlı rolunda Fransa və ya ona düşmən olan digər NATO ölkələri ilə əvəz olunmasını qətiyyən istəmir”.

Markov qeyd edib ki, İrəvan Qarabağa başqa ölkələrin sülhməramlılarını gətirməyi bacarsa, bu, regionda sabitliyi pozacaq:

“Çünki bu, Ermənistana Fransa və ya hansısa başqa dövlətlərin qoşunlarını öz tərəfinə çəkməyə imkan verər. Hətta ola bilsin ki, Ukraynadakı hərbi əməliyyatlar başa çatdıqdan sonra, Ukrayna ordusu öz gücünü saxlasa, Makronun istəyilə Zelenski də qoşunlarını bura göndərsin. Bu hərbçilər yaxşı təlim keçmiş, böyük döyüş təcrübəsi olan və istənilən cinayətə hazırdırlar. Ümumiyyətlə, Ukrayna tələsi təkcə Azərbaycan üçün deyil, dünyanın bir çox başqa ölkələri üçün də çox ciddi təhlükə ola bilər. ABŞ, NATO və Fransa Ukrayna ordusu üzərində güclü nəzarətini saxlaya bilsə, həmin ordu başqa münaqişələrdə də istifadə oluna bilər. Avropa sülhmərmalıları regiona yerləşdirilsə, Qarabağ məsələsi tam həllini tapmayacaq. İrəvan xarici sülhməramlıların köməyi ilə Azərbaycan ərazisinin bir hissəsinə nəzarəti uzatmaq istəyir. Bu zaman sabitlik pozulacaq. Əsl sabitlik isə Ermənistan Qarabağı tərk edəndə və Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazisi faktiki olaraq Bakının nəzarətinə keçəndə yaranacaq”(axar.az).

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI