“Azərbaycan Prezidenti çox qətiyyətli çıxış edir!” - Erməni rejissor

21 oktyabr, 2020 14:29

“Artıq qəbul etmək lazımdır. Qarabağ uğrunda mübarizədə erməni rəhbərliyi Ermənistanı itirməmək barədə də düşünməlidir. Bu, kifayət qədər çətin vəziyyətdir”.

Azsiyasət.com xəbər verir ki, bu sözləri Rossiya-1 telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin efirində erməni əsilli rusiyalı kinorejissor, Rusiyanın Xalq Artisti Karen Şahnazarov deyib.

O, çıxışında Ermənistan rəhbərliyini reallığa uyğun addımlar atmamaqda, illuziyalara qapılmaqda və vəziyyəti düzgün qiymətləndirməməkdə günahlandırıb. Həmçinin kinorejissor Ermənistanın Azərbaycanın ərazi bütövlüyü məsələsini diqqətə almalı olduğunu vurğulayıb.

"Təəssüf ki, bütün bu baş verənlər Ermənistan rəhbərliyinin düşünülməmiş atılan addımlarının nəticəsidir. Vəziyyət elədir ki, istər-istəməz Azərbaycanın ərazi bütövlüyü məsələsini qəbul etmək və hər hansı bir status üçün imkan axtarmaq lazımdır. Hansı ki, erməni əhalinin bu bölgədə təhlükəsizliyini, yaşayışını və mədəni inkişafını təmin eləsin. Başqa çıxış yolu yoxdur. Ermənistan cəmiyyətində hökm sürən bəzi illuziyalar var, məsələn “Biz İsrailik” illuziyası. İsraildə tamam başqa vəziyyətdir. Birincisi İsrail qat-qat güclüdür. İkincisi yəhudi diasporu erməni diasporundan qat-qat nüfuzludur", - deyə Şahnazarov qeyd edib.

Tanınmış rejissor həmçinin qeyd edib ki, Rusiyanın hazırkı münaqişəyə müdaxilə etməyə heç bir əsası yoxdur:

“Dediyim odur ki, Qarabağı Abxaziya, Cənubi Osetiya və Donbassla müqayisə etmək olmaz. Onlar Rusiya ilə sərhəddirlər. Qarabağ Azərbaycan ərazisində yerləşir. Bundan əlavə sözügedən 2 rayon da Azərbaycana aiddir. Hər halda 7 rayon qaytarılsa Qarabağ nə edəcək?! Bu gün Rusiyanın bu məsələyə qarışması üçün heç bir real hüquqi imkanı yoxdur”.  

Vladimir Solovyov çıxışın bu hissəsinə müdaxilə edərək Şahnazarovun sözünə dəstək olaraq, bu məsələdə heç bir “soyqırım” təhlükəsinin olmadığını da vurğulayıb. 

Karen Şahnazarov Azərbaycan Prezidenti İlham Əliyevin münaqişə ilə bağlı çıxışlarına da toxunub: “Necə yanaşmanızdan asılı olmayaraq Azərbaycan Prezidenti çox qətiyyətli çıxış edir!  O, daim ermənilər və azərbaycanlıların birlikdə yaşayacağını deyir.

Bilirsiniz, situasiyanı qiymətləndirəndə onu reallığa uyğun qiymətləndirməlisiniz. Özünüzü aldatmaq lazım deyil. Aydındır ki, Qarabağın müstəqilliyini heç kəs tanımayacaq”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"