Zəlzələ Qarabağdakı işlərə təsir edə bilər? 

14 fevral, 2023 12:00

Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə abadlıq-quruculuq işlərinə start verilib. Quruculuq işlərinə dünyanın bir sıra ölkələrindən şirkətlər cəlb olunub. İşğaldan azad edilən ərazilərdə yenidənqurma işlərində aparıcı rol Türkiyə şirkətlərinə məxsusdur. 

Qarabağda bərpa işlərinin davam etdiyi məqamda - fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib. Zəlzələ nəticəsində minlərlə binalar uçub. 

"Bloomberg" agentliyi binaların dağılmasına görə dəymiş ziyanı 70,8 milyard dollar dəyərində qiymətləndirib. Həmçinin qeyd edilib ki, Türkiyə büdcəsinin gəlir hissəsində 10,4 milyard dollar itki olacaq. Bundan əlavə, "Bloomberg" əmək itkisinin 2,9 milyard dollar olacağını proqnozlaşdırıb. Lakin dəhşətli zəlzələnin vurduğu ziyanın artacağı istisna edilmir.

Beləliklə, Türkiyənin bütün gücünü məhz bu ərazilərə yönəldəcəyi güman edilir. Bununla da hazırda Qarabağda fəaliyyət göstərən türk şirkətlərinin Türkiyəyə qayıdıb-qayıtmayacağı müzakirə mövzusuna çevrilib. 

Azsiyaset.com xəbər verir ki, modern.az bununla bağlı Milli Məclisin Qarabağdan seçilən deputatlarının fikrini öyrənib.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov bildirib ki, türk şirkətlərinin Qarabağdakı abadlıq-quruculuq işlərində fəallığı danılmaz həqiqətdir:

"Zəlzələdən sonra ilk olaraq Azərbaycan Türkiyənin yanında oldu, öz dəstəyini göstərdi. Türkiyə də çətin vaxtlarında həmişə Azərbaycanın yanında olub. Ondan heç vaxt köməyini, dəstəyini əsirgəməyib. Bu gün türk şirkətləri Qarabağdakı abadlıq-quruculuq işlərində fəal iştirak edirlər. Bu prosesə öz töhfələrini verirlər".

Onun fikrincə, zəlzələ əsas diqqətin Türkiyəyə yönəlməsinə gətirib çıxara bilər.

"Türk şirkətləri bu gün Qarabağda geniş işlər aparırlar. Bu gün Türkiyədə də belə işlərin görülməsinə böyük ehtiyac var. Ancaq  türk şirkətlərinin Qarabağı, orada gördükləri işləri tamamilə tərk edərək Türkiyədə işləri davam etdirəcəklərini düşünmürəm. Əlbəttə, bu prosesə təsir edə bilər”.

Deputat vurğulayıb ki, Qarabağdakı işlər davam edəcək:

“Çünki bu tikinti və quruculuq işlərində yalnız türklər yox, azərbaycanlılar da fəal iştirak edirlər. Əsasən rəhbərlik türklərdən ibarətdir.  Düşünürəm ki, Qarabağda türk şirkətlərinin fəaliyyəti, quruculuq-abadlıq işlərindəki iştirakı davam edəcək. Bir daha qeyd edirəm ki, Türkiyədə inşaat sahəsi inkişaf edib. Onlar eyni vaxtda həm Azərbaycan, həm də Türkiyədə işləri görmək gücünə malikdir”.

Milli Məclisin Kəlbəcərdən seçilən deputatı Aqil Məmmədovun sözlərinə görə, zəlzələ bölgəsində yenidənqurmanın həyata keçirilməsi olduqca çətindir:

"Türkiyədə minlələrlə insanın ölümünə və yaralanmasına səbəb olan zəlzələ əlbəttə bizi kədərləndirir. Zəlzələ 6 mindən çox binanın uçmasına səbəb olub. Zəlzələnin baş verdiyi ərazinin miqyası böyükdür.  Belə geniş ərazini bərpa etmək, evsiz-eşiksiz insanları evlə təmin etmək və digər infrastruktur layihələrini həyata keçirmək olduqca çətindir. Belə hallarda  dost-qardaş ölkələr önə keçib, bu istiqamətdə Türkiyəyə kömək etməlidirilər”.

Onun sözlərinə görə, Türkiyənin dirçəlməsi türk dünyasının dirçəlməsi deməkdir:

“Bu gün Türkiyənin ayağa qalxması, dirçəlməsi Azərbaycanın, eləcə də türk dünyasının güclənməsi anlamına gəlir. Bütün bunları nəzərə alaraq, türk dünyası Türkiyəyə dəstək verməli idi. Bu gün həqiqətən türk dünyası kömək üçün əlindən gələni edir. Hər birinə təşəkkür edirəm”. 

Deputat vurğulayıb ki, yenidənqurma işləri həm zəlzələ bölgəsində, həm də Qarabağda davam edəcək:

"Azərbaycan-Türkiyə dostluğunu gözü götürməyən qüvvələr müxtəlif fikirlər söyləyirlər. Əlbəttə, bunlara fikir vermək lazım deyil. İstər Türkiyənin zəlzələ bölgəsinin, istərsə də Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinin yenidən qurulması vacibdir. Hər iki məsələ paralel şəkildə dost-qardaş birliyi sayəsində öz həllini tapacaq. Azərbaycan və Türkiyə belə  sınaqlardan çox çıxıblar. İnanıram ki, Türkiyə və Azərbaycan birlikdə bu sınaqdan da üzüağ çıxacaqlar".

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"