"Təkliflərimizi Bakıya göndərmişik" - Paşinyan sülh müqaviləsindən danışdı
16 fevral, 2023 11:28
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsindən danışıb.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
"Ermənistan hökuməti bu yaxınlarda Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işin növbəti mərhələsini yekunlaşdırıb və öz təklifləri ilə Bakıya təqdim edib", - deyə Paşinyan bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan mətbuatında Paşinyanın partiyadaşları ilə sülh müqaviləsinin detallarını müzakirə etdiyi barədə məlumat yayılmışdı.