"Mənim xələfim bizim yolla getmədi..." - Sarqsyan məğlubiyyəti etiraf edir və Paşinyanı günahlandırır

21 oktyabr, 2020 17:16

Ermənistanın sabiq prezidenti Serj Sarqsyan Böyük Britaniyanın “The Independent” nəşrinə müsahibə verib.

Azsiyasət.com xəbər verir ki, müharibə canisi, uşaq qatili olan və Qarabağın işğalında müstəsna rol almış Sarqsyan bu dəfə özünü “sülh göyərçini” kimi təqdim etməyə çalışıb. Erməni ordusunun məğlubiyyətini və geri çəkilməli olduğunu etiraf edən Sarqsyan, ermənilərə təskinlik verircəsinə deyib ki, hazırda Qarabağda gedən döyüşlərdə Azərbaycanın uğurları olduqca baha başa gəlir. 

O da hazırkı Ermənistan rəhbərliyi kimi, guya Azərbaycan tərəfində muzdluların döyüşdüyü barədə yalanı təkrarlayıb. Sarqisyan Azərbaycanın hərbi uğurlarını və irəliləməsini etiraf etsə də, işğaldan azad olunan ərazilərin gerçək miqyasını gizlətməyə çalışıb.

Daha sonra sabiq prezident Ermənistanın indiki hökumətini və onun başçısını hazırda yaranmış durumun əsas günahkarı kimi təqdim edir. Sarqsyan qeyd edir ki, Azərbaycan rəhbərliyilə uzun illər aparılan danışıqlar Ermənistanın və qondarma “DQR”-in təhlükəsizliyini müəyyən qədər təmin etməyə imkan verirdi. 

Lakin Paşinyan danışıqlar prosesinə “yeni nöqteyi-nəzərdən” yanaşmaqla, bugünkü durumun yaranmasına səbəb oldu: “Mənim xələfim bizim uzun müddət uğurla getdiyimiz yolla getmədi və özünün dediyi kimi, danışıqları öz nöqteyi-nəzərindən başlamaq qərarı verdi.”

Ermənistanın sabiq prezidenti bildirib ki, indiki müharibə Azərbaycan və Türkiyənin yüksək dərəcədə hazırlığının nəticəsidir: “Türkiyə PUA-ları Azərbaycanın hücumunun əsasını təşkil edir. Belə nəticəyə gəlmək olar ki, hərbi əməliyyatlarla bağlı qərarlar birgə verilir.”

Yenə heç bir fakt ortaya qoymadan, Azərbaycanın tam rəsmi və şəffaf şəkildə aldığı silahları, eləcə də guya Azərbaycanın xaricdən miuzdluları cəlb etməsi kimi cəfəng dezinformasiyaları əsas gətirərək, ermənilərin cəbhədəki məğlubiyyətini “malalamağa” çalışan sabiq prezident, bu münaqişənin hərbi yolla həllinin olmadığını iddia edib. Hansı ki, məhz onun aktiv iştirakı ilə 1990-cı illərdə Ermənistan bu münaqişəni hərbi yolla həll etməyə çalışıb, Dağlıq Qarabağı və ətraf rayonlarımızı işğal edib və uzun illər işğal olunmuş əraziləri bazarlıq predmeti kimi əlində saxlayıb. Və geri qaytarmağı heç düşünməyib də. 

Həmin müsahibəsində bir tərəfdən münaqişənin yalnız danışıqlar yolu ilə həll edilməli olduğunu deyən Sarqsyan, digər tərəfdən söyləyib ki, İlham Əliyevlə təkbətək danışıqlara getməyin mənası yoxdur. 

Azərbaycan Prezidentinin prinsipial mövqeyindən məyusluğunu gizlətməyən Sarqsyan, deyib: “Mən qəti əminəm ki, Əliyevlə birbaşa danışıqlar böyük səhvdir. Çünki Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq”.

Sonda yenə sülh çağırışı edən hərbi cinayətkar bildirib ki, sülh müharibə yox, yalnız danışıqlar vasitəsilə əldə edilə bilər. Onu da qeyd edək ki, sözügedən müsahibənin ümumi tonu və belə demək mümkünsə, ab-havası bütün erməni cəmiyyəti kimi, Sarqsyanın da məyusluğunu və ümidsizliyini nümayiş etdirib.

Azərbaycan tərəfi isə dərhal Sarqsyanın “timsah göz yaşlarına” layiqli cavab verib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın sabiq prezidentinin “The Independent”dəki müsahibəsinə cavab olaraq, öz “Twitter” hesabında yazıb: “O, Azərbaycanın mülki şəxslərinin öldürülməsində birbaşa iştirak edib. İndi özünü mələk və sülhsevər kimi təqdim etməyə çalışır. O, Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI