"İrəvandan sülh layihəsini internetlə almışıq" - Nazir

26 fevral, 2023 15:35

"Ermənistan konstruktiv danışıqlardan əsassız şəkildə yayınır".

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Ermənistan sülh prosesi üzrə danışıqların mahiyyətinə də ciddi zərbə vurub:

“İndi belə demək olarsa, bu sahədə onlayn diplomatiyaya keçmişik. Şərtlər bir-birimizə ötürülür. Amma bunun nə qədər effektiv olacağını zaman göstərəcək”.