Meral Akşener "Altılı masaya" geri dönməsi üçün şərt irəli sürüb
06 mart, 2023 16:20
Türkiyənin müxalif İYİ Partiya sədri Meral Akşener “Altılı masaya” geri dönməsi üçün yeni şərt irəli sürüb.
O, bu təklifi CHP-dən olan İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsi sədri Mansur Yavaşın İYİ Partiyanın baş mərkəzini ziyarəti çərçivəsində edib.
Akşener, iki CHP-li bələdiyyə sədrinin adlarının prezident köməkçisi qismində hallanmasını istəyir.
İYİ Partiya sözçüsü Kürşad Zorlunun sözlərinə görə, bu halda M. Akşener müxalif koalisiyaya geri dönə bilər.