Rusiya Ermənistanda rusdilli məktəblərin açılması hazırlığına start verdi...

07 mart, 2023 11:11

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda "rus xalqının böyük adamlarının adlarıını daşıyan məktəblərin direktorları ilə görüş keçirib".

"ArmenianReport"un yaydığı məlumata görə, bu haqda Ermənistan paytaxtındakı Rusiya Evinin mətbuat xidməti informasiya yayıb.

"Səfir ən aktual problemləri qeyd edən təhsil işçilərini dinləyib, bir sıra aktual sualları cavablandırıb. Kopırkin bildirib ki, hazırda Ermənistanda rus məktəblərinin açılması məsələləri müzakirə olunur: artıq rus dilində təhsilin dəstəklənməsi ilə bağlı məsələlərlə məşğul olan işçi qrup yaradılıb. 2023-cü il “Rus dili ili” elan edilib.

Bununla bağlı səfir vurğulayıb ki, Rusiya Ermənistanda humanitar fəaliyyətə xüsusi diqqət yetirir: rus dilinin ənənələrini qoruyub saxlamaq üçün tədbirlərin keçirilməsi diqqət mərkəzindədir.

Öz növbəsində, "Rossotrudniçestvo"-nun Ermənistandakı nümayəndəliyinin rəhbəri Vadim Fefilov bildirib ki, bu il İrəvandakı Rus Evi rusistlər üçün bir neçə irimiqyaslı tədbirlər planlaşdırıb ki, onların arasında xüsusi yer rus dili müəllimləri üçün ixtisasartırma kurslarının keçirilməsidir. 

Rus dilinin tədrisi ilə məktəblərdə tədris prosesinin təkmilləşdirilməsi, onlara tədris və tədris-metodiki ədəbiyyatla köməklik göstərilməsi ilə bağlı digər məsələlər də fəal müzakirə olunub.

Səfir adları çəkilən məktəblərin direktorlarına nəcib və gərgin əməyinə görə təşəkkür edib, hər kəsi qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib"- xəbərdə belə deyilir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"