"İran beynəlxalq ictimaiyyətə yalan danışır" - İsrailin kəşfiyyat naziri

11 mart, 2023 14:02

“İran beynəlxalq ictimaiyyətə yalan danışır. Hətta onlar öz insanlarına belə yalan danışır. İranda olan xaos artıq 6 aydır ki, davam edir”.

Bunu İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli X Qlobal Bakı Forumu çərçivəsində “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.

“Biz görürük ki, İranda qadınlar məktəblərdə zəhərlənir. Oradakı qadınlar azadlıq istəyir”, - İsrailin kəşfiyyat naziri qeyd edib.