Prezident Administrasiyası Qarabağ ermənilərini Bakıya çağırdı

13 mart, 2023 11:22

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.

Azsiyaset.com xəbər verir ki, görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.