10-cu Ramşteyn toplantısı - Əvvəllər nələr olub?

15 mart, 2023 11:48

Ukraynanın müttəfiqləri bu gün Ramşteyn formatında görüş üçün növbəti dəfə toplaşır. Ukraynanın müdafiəsi üzrə təmas qrupunun danışıqları 10-cu dəfə baş tutacaq. Sonuncu belə toplantı 1 ay əvvəl olmuşdu.

Toplantı onlayn formatda keçiriləcək.

Bəs toplantıdan əvvəlki vəziyyət, siyasi və hərbi ab-hava necədir? Ukraynaya dəstəyin artması üçün hansı işlər görülür?

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi martın ortaları üçün onlayn olaraq Ramşteyn-10-un baş tutacağını, aprel ayında isə Almaniyadakı aviabazada təmas qrupunun üzbəüz görüş keçirəcəyini açıqlamışdı. Nazir Oleksiy Reznikov müttəfiqlərlə yeni görüşlə bağlı nikbin olduğunu bildirmişdi.

10-cu Ramşteyn görüşü ərəfəsində o, Pentaqonun rəhbəri Lloyd Ostin ilə telefon danışığı aparmışdı. MN rəhbərləri əməkdaşlıqda prioritet istiqamətləri və müharibədə qələbəyə aparan yolu müzakirə ediblər. Söhbətdən sonra Reznikov söyləyib ki, tərəfdaşların dəstəyi onu gələcəklə bağlı böyük nikbinliklə ruhlandırır: "Həmrəylik döyüş meydanında səmərəliliyə çevrilir".

Öz növbəsində, Pentaqon rəhbəri Lloyd Ostin ABŞ-ın Ukraynaya nə qədər lazımdırsa dəstək verəcəyini vəd edib.

Ramşteyn-10-da gündəmin əsas mövzularının Ukraynanın döyüş sursatı və hava hücumundan müdafiə sistemləri ilə təmin olunması ola bilər. Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları üçün tankların və ağır zirehli texnikanın tədarükünün davam etdirilməsi də prioritet məsələdir.

Belə ki, martın əvvəlində Aİ müdafiə nazirləri ilə görüşdən əvvəl Oleksiy Reznikov Ukraynanın ehtiyaclarını - hava hücumundan müdafiə sistemləri, döyüş sursatları və 1 milyon ədəd 155 millimetrlik mərmiləri dilə gətirib. O, Ukrayna Silahlı Qüvvələrinin irəliləyişini təmin etmək üçün Ukraynaya ayda 250 min mərmi verilməsi xahişi ilə avropalı həmkarlarına müraciət edib.

Reznikov bildirib ki, təyyarələrin Ukraynaya tədarükünün gecikməsi məsələsi Ukrayna Silahlı Qüvvələrinin qarşıdakı əks-hücum əməliyyatına təsir etməyəcək. Bununla belə, döyüş aviasiyası hücum imkanlarını təkmilləşdirə və hava hücumundan müdafiəni gücləndirə bilər. Ona görə də bu məsələdə müttəfiqlərlə iş davam etdiriləcək. O, müttəfiqlərin dəniz koalisiyasının yaradılmasını da elan edib. Böyük Britaniya, Belçika və Niderland minaaxtaran gəmilərini Ukraynaya təhvil verəcək.

Ümumi mənzərəni və davam etməkdə olan prosesi daha yaxşı anlamaq üçün digər Ramşteyn toplantılarına da qısa nəzər salaq:

Ramşteyn-9. Brüssel, 14-15 fevral 2023-cü il. Koalisiya iştirakçılarının sayı 54 ölkəyə çatıb. Müttəfiqlər Ukraynaya yazda əks-hücuma keçməyə kömək edəcəklərini vəd ediblər. Döyüş təyyarələrinin tədarükü imkanları da müzakirə olunub. Bir sıra tərəfdaşlar ukraynalı pilotlara təlim keçməyə hazır olduqlarını bəyan ediblər.

Ramşteyn-8. Almaniya, ABŞ Hərbi Hava Qüvvələri bazası, 20 yanvar 2023-cü il. Əsas mövzu "Leopard 2" tanklarının tədarükü blokunun açılması olub. Həmçinin "Patriot" və IRIS-T hava hücumundan müdafiə sistemləri, "Avenger" hava hücumundan müdafiə sistemləri, "Bradley" piyada döyüş maşınları, "Stryker" zirehli daşıyıcıları və s. tədarük edilməsi də açıqlanıb.Tanklarla bağlı məsələ isə görüşdən 5 gün sonra müsbət həll olunub. İlk Leopard tankları fevralın 24-də Polşadan Ukraynaya gəlib.

Ramşteyn-7. Onlayn, 16 noyabr 2022-ci il. İspaniya "Hawk" hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını təsdiqləyib. Polşa - qısa mənzilli hava hücumundan müdafiə sistemləri və artilleriya, Almaniya MLRS, Kanada və İsveç isə 100 milyonlarla dollar dəyərində silah və hərbi texnikanı öhdəsinə götürüb.

Ramşteyn-6. Brüssel, 12 oktyabr 2022. Müttəfiqlər ilk dəfə olaraq NASAMS, IRIS-T, "Hawk" hava hücumundan müdafiə sistemlərinin təhvil verildiyini elan edib. Almaniya əlavə "MARS II" sistemlərini və "PzH 2000" özüyeriyən silahlar tədarük etməyi öhdəsinə götürüb.

Ramşteyn-5. Almaniya, ABŞ Hərbi Hava Qüvvələri bazası, 8 sentyabr 2022. ABŞ əlavə haubitsalar, "HARM" anti-radar raketləri, "Humvee" zirehli maşınlarının tədarükünü elan edib. Norveç 160 "Hellfire" raketinin, Almaniya "Gepard" zenit toplarının və "Biber" zirehli tanklarının tədarükünü elan edib.

Ramşteyn-4. Onlayn, 20 iyul 2022. ABŞ-dan 155 millimetrlik artilleriya üçün əlavə HIMARS sistemləri və dəqiq idarə olunan sursatların tədarükü elan edilib. Müttəfiqlər Ukrayna hərbçiləri üçün təlim keçmək və hərbi texnikanın təmiri ilə bağlı razılığa gəliblər.

Ramşteyn-3. Brüssel, 15 iyun 2022-ci il. Görüş nəticəsində müttəfiqlər Ukraynaya M777 haubitsaları, on minlərlə sursat və HIMARS, "Harpoon", "Brimstone" üçün raketlər veriblər. Almaniya "MARS II" sistemlərini, Slovakiya isə Mi-17 helikopterlərini tədarük etməyi vəd edib.

Ramşteyn-2. Onlayn, 23 may 2022. Tərəfdaşlar 155 millimetrlik artilleriya təchizatını artırmaq və Ukraynanın sahil müdafiəsini gücləndirmək barədə razılığa gəliblər. Çexiya tərəfindən helikopter və tankların təhvil verildiyi açıqlanıb.

Ramşteyn-1. Almaniya, ABŞ Hərbi Hava Qüvvələri bazası, 26 aprel 2022-ci il. Pentaqonun rəhbəri Lloyd Ostin Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya hərbi dəstək vermək üçün tərəfdaşların görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Koalisiyada 40-dan çox müttəfiq toplanıb. Lazımi silahların tədarükünün sürətləndirilməsi qərara alınıb. Ölkələr 5 milyard dollarlıq hərbi yardım ayırdıqlarını açıqlayıblar.

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR