NATO-nun sabiq başçısı - İrəvanın KTMT üzvlüyünü bəyəndi, Türkiyəni pislədi

16 mart, 2023 11:26

"Biz Rusiyanı əvəz etmək istəmirik, biz səyləri tamamlamaq istəyirik. Hesab edirəm ki, Avropa İttifaqı burada öz missiyasını gücləndirməlidir".

Bunu İrəvana səfəri zamanı Ermənistanın İctimai Televiziyasına müsahibəsində NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen deyib.

"Mən həm Ermənistanın, həm də Azərbaycanın razılaşacağı uzunmüddətli və hərtərəfli sülhə gətirib çıxaracaq müqavilənin tərəfdarıyam, belə bir müqavilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini də təmin etməlidir. Mən Ermənistan-Türkiyə münasibətlərinin normallaşacağına ümid edirəm. Sərhədin bağlı qalmasının Türkiyənin maraqlarına uyğun olduğunu düşünmürəm. Ermənistan zəlzələdən sonra yardım göndərməklə çox mühüm addım atıb", - deyə o bildirib.

Rasmussen, həmçinin vurğulayıb ki, Ermənistanın KTMT-nin üzvü olmasında heç bir problem yoxdur: "Ermənistanın KTMT-yə üzv olması bizim əməkdaşlığımıza mane olmur. Təbii ki, gizlətməyəcəyəm, bəzi hədləri buna görə keçə bilmərik, çünki Ermənistan KTMT-nin üzvüdür, amma mən burada Ermənistanı KTMT-dən çıxmağa çağırmaq fikrində deyiləm. Bu, Ermənistanın daxili işi və qərarıdır".

Hərbi alyansın keçmiş baş katibi NATO-nun müharibədəki iştirakından da danışıb: "NATO-nun Azərbaycanla Ermənistan arasındakı müharibədə heç bir iştirakı olmayıb. Türkiyənin Azərbaycanı dəstəkləməsi NATO-nun iştirak etməsi demək deyil, bu, Türkiyənin fərdi iştirakıdır. Türkiyənin bu davranışını başqa yerlərdə də görürük. Məsələn, Suriyada, yaxud Rusiyadan silah alınması mövzusunda. Bizim Türkiyə ilə bağlı müəyyən çətinliklərimiz var. Türkiyənin Azərbaycana dəstək verməsi NATO-nun qərarı deyil".

O, Ermənistanın Qarabağa Rusiya sülhməramlılarını əvəzləyəcək beynəlxalq mandata malik yeni missiya yerləşdirilməsi arzularına da münasibət bildirib: "Bütün tərəflərin götürdüyü öhdəliklərə əməl olunmasına nəzarət edəcək beynəlxalq sülhməramlı kontingent üçün mexanizm olmalıdır. Təbii ki, beynəlxalq mandata malik missiyanın tərkibində Rusiya olmalıdır, Rusiyanın iştirakı olmadan belə bir mandatı əldə etmək çətindir. Birincisi, Rusiya sülhməramlıları artıq buradadır, ikincisi, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bizə Rusiyanın fəal iştirakını nəzərdə tutan BMT mandatı lazımdır".

Qeyd edək ki, Rasmussen Ermənistanın İctimai Televiziyasına müsahibəsində Azərbaycanın maraqlarına uyğun olmayan bir sıra fikirlər səsləndirib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"