Macarıstan da Finlandiyaya "HƏ" dedi...
18 mart, 2023 08:05
Macarıstanın hakim partiyası bu ayın sonunda keçiriləcək parlament sessiyasında Finlandiyanın NATO üzvlüyünü təsdiqləmək niyyətindədir.
Bu barədə partiyanın yaydığı bəyanatda deyilir.
Parlamentdə səsvermə martın 27-də keçiriləcək və hakim Fidesz partiyası Finlandiyanın təklifinin lehinə yekdilliklə səs verəcək.
Partiya bəyan edib ki, İsveçin NATO-ya qəbul olması ilə bağlı qərar daha sonra veriləcək.
Qeyd edək ki, Türkiyə də Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib.