"Dağlıq Qarabağda vəziyyət sabitliyin ciddi pozulması ilə nəticələnə bilər" - KTMT-nin baş katibi

01 aprel, 2023 10:35

Dağlıq Qarabağ və Əfqanıstanda vəziyyət gərgin olaraq qalır və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrində sabitliyin pozulması riskləri yaradır, - KTMT-nin baş katibi İmanqali Tasmaqambetov belə deyib.

"Ermənistan və Azərbaycan arasında uzun illər davam edən ziddiyyətlər nəticəsində Qafqaz regionunda gərginlik davam edir", - Tasmaqambetov cümə günü KTMT katibliyi və qərargah rəhbərliyinin birgə geniş iclasında bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı risklər sabitliyin pozulmasına gətirib çıxara bilər.