Əli Həsənovun oğlu medianın pulunu qumarda uduzdu - Şamxal Həsənlinin Las-Veqas macəraları...

10 aprel, 2023 13:40

ABŞ-ın, həm də dünyanın ən bahalı şəhərlərindən olan Mayamidə yaşamaq hər kəsin arzusu, amma çox az adamın nail olduğu bir şeydir. Bu şəhərdə yaşamaq, Mayami gecələrində macəralara qatılmaq üçün ya ABŞ-da varlı şəxslərdən biri olmalısınız, ya da Əli Həsənovun oğlu...

Başqa ölkələrdən də varlılar bu şəhərə axışır, amma Azərbaycandan Mayamidə yaşayan, həm də burada şirkət qura bilən nadir şəxslərdən biridir Şamxal Həsənli... 

Onun üstünlüyü savadlı olmasında, yaxud “vunderkind” doğulmasında yox, məhz Əli Həsənovun oğlu olmasıdır. Əli Həsənovun üstünlüyü isə vəzifədə olarkən dövlət büdcəsindən mediaya ayrılan vəsaiti mənimsəmək və bu pullar hesabına nəhəng biznes şəbəkəsi qurmaq bacarığıdır. Atanın oğurladığı pullarla oğul Mayamidə kef edir.

O pullar ki, Azərbaycan mediasının inkişafına sərf edilməli idi, amma bu gün Şamxal Həsənli medianın, yəni bütün jurnalistlərin pulunu Mayamidə xərcləməklə məşğuldur.

Əli Həsənov vəzifədə olanda oğlu Şamxal Həsənlini “Xəzər TV”-yə rəhbər qoymuşdu, Şamxal da hədiyyə kimi qəbul etdiyi bu vəzifədə pul qazanır, həm də kef çəkirdi. Tale elə gətirdi ki, Əli Həsənov vəzifədən, Şamxal Həsənli isə “Xəzər TV”-dən, həm də Azərbaycandan getdi. ABŞ-a köçən Şamxal Həsənli Mayamidə mediamıza ayrılan, amma atası ilə birlikdə mənimsədiyi pulların hesabına mülklər aldı, təhsilini davam etdirdi, hətta şirkət də qurdu.

İndi Şamxal Həsənlinin Mayami macəraları maraqlı hadisələrlə gündəm olur. Belə ki, o Mayamiyə köçəndən sonra daşınmaz əmlak bazarına meyl salıb. Bu sahə həm gəlirlidir, həm də bu işlə məşğul olmaq üçün kifayət qədər kapitala malik olmalısan. Necə deyərlər, “Pul bir ingilisdədir, bir də Həsənovlarda”.

Əvvəlcə daşınmaz əmlak şirkətlərində işə başlayan Şamxal Həsənli daha sonra özünün “SOLIS DEVELOPMENT LLC” adlı şirkətini qurdu. Mayamidə belə bir şirkət qurmaq üçün on milyonlarla vəsait lazımdır ki, Şamxal Həsənlidə olan bəlkə də yeganə şey mediadan oğurladıqları milyonlardır. Şirkət quran Şamxal Kolumbiya Universitsteinin daşınmaz əmlak ixtisasına da qəbul olundu. Bu, ABŞ-ın ən pullu universitetlərindədir və hər adam orada təhsil ala bilməz, məsələ savadlı olmaqda yox, təhsilin ödənişidir. Şamxal buna da nail oldu və universiteti yenicə bitirib, ABŞ-ın iş dünyasına atılıb.

Özünü mükafatlandırmaq üçün də Havay adalarında istirahət edir, bu azmış kimi milyonlarla dollar dəyərində olan əmlak alıb. Varlığa nə darlıq...

Şamxal Həsənlinin ABŞ macəraları bununla da bitmir. Əldə etdiyimiz məlumata görə, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun oğlu gününü dünyanın qumar və əyləncə mərkəzi olan Las-Veqasda keçirir. Las-Veqas gecələrinə qatılan Şamxal Həsənli bu yaxınlarda “Golden Nugget Las Vegas Hotel & Casino” adlı oteldə qumar oynayaraq, nə az, nə çox, düz 140 min dollar pul uduzub. Bu pulu o, atasına məxsus “Mercedes GL” markalı avtomobilin satışından əldə edibmiş. Belə ki, ABŞ-a köçməmişdən öncə özü ilə daha çox vəsait aparmaq üçün Bakıda Əli Həsənovun “Mercedes”ini satıb, okeanın o tayına çatan kimi da Las-Veqas kazinosunda qumara qoyub. Hətta, buna görə Əli Həsənov oğluna bərk əsəbləşib, dalaşıblar.

Əslində həmin 140 min nə Əli Həsənovun, nə də onun avtomobilinin pulu yox, dövlət büdcəsindən mediaya ayrılan vəsait hesab oluna bilər. Çünki Əli Həsənov bütün sərvətini məhz mediaya ayrılan pulları oğurlamaq hesabına əldə edib. Oğlu da Azərbaycan mediasının pulunu qumarda uduzub. 

140 min dollar media üçün böyük puldu, Həsənovlar üçün isə yox. Mediamız uzun illər Əli Həsənov zülmündən əziyyət çəkdi, dövlətin bizə ayrılan pulları mənimsənildi. İndi Şamxal Həsənli də məhz bizim pullarımızla Mayamidə, Las-Veqasda kef çəkir...

Vaqif Hüseynli
Demokrat.az

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"