NATO Baş katibindən Qarabağ açıqlaması: - "Alyans münaqişə tərəfi deyil, Türkiyə isə dəyərli tərəfdaşdır"

23 oktyabr, 2020 11:02

Xəbər verdiyimiz kimi, NATO-nun Baş katibi Yens Stoltenberq və Ermənistan Prezidenti Armen Sarkisyan Brüsseldə NATO qərargahındakı görüşlərdən sonra mətbuat konfransı keçiriblər.

Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, Yens Stoltenberq Qarabağ münaqişəsindən danışarkən deyib: 

“Cənab prezidentə NATO-nun bu döyüşlərin bir parçası olmadığını xatırlatdım. Azərbaycan da, Ermənistan da 25 ildən artıq müddətdir ki, NATO-nun dəyərli ortaqlarıdır”.

Baş katib Azərbaycan rəhbərliyi ilə görüşməyə hazır olub-olmadığı barədə jurnalistlərin sualını da cavablandırıb: 

“Dediyim kimi, hər iki ölkə NATO-nun hörmətli tərəfdaşlarıdır. Tərəfdaş dövlətin başçısı Brüsselə gələrək görüş istədikdə, mənim üçün belə bir görüşün keçirilməsi təbiidir. Azərbaycan Prezidenti İlham Əliyevin səfərinə daha əvvəl ev sahibliyi etdik və onunla yenidən danışmağa hazıram. Ermənistan və Azərbaycan rəhbərləri də daxil olmaqla, müxtəlif tərəfdaş ölkələrin liderləri ilə görüşəndə ​​bu tərəfdaşlığımızın bir hissəsidir. Bu yaxınlarda Ermənistan prezidenti ilə görüşdüm və belə bir görüş üçün bir müraciət olarsa, Azərbaycan Prezidenti ilə görüş keçirəcəyəm”.

O bir daha qeyd edib ki, NATO Dağlıq Qarabağ münaqişəsinin bir hissəsi deyil. Bununla yanaşı, Türkiyə NATO üzrə vacib müttəfiqdir və Alyansın rəhbəri bu mövqeyi Ermənistan prezidentinin diqqətinə çatdırıb.

NATO-nun atəşkəsin pozulması səbəbilə narahat olduğunu vurğulayan Yens Stoltenberq anlaşmazlıqların bitməsi və sülh yolu ilə həllini tapılmasının vacibliyini qeyd edib.

“Dinc əhalinin hədəf seçilməsi qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Hər kəs daimi bir siyasi həll üçün çalışmalıdır. Ermənistan və Azərbaycan müzakirələrə davam etməlidirlər”, - deyə Baş katib bildirib.

O, NATO-nun ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəklədiyini qeyd edib və ABŞ-da iki ölkənin xarici işlər nazirləri arasında görüşün keçiriləcəyini alqışladıqlarını vurğulayıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"