Sabiq erməni deputat Qarabağda məhv edildi - FOTO

23 oktyabr, 2020 11:07

Ermənistan parlamentinin sabiq deputatı David Matevosyan Qarabağda məhv edilib.

Bu barədə deputatın qızı Hermine Matevosyan məlumat yayıb.

Qeyd edək ki, D.Matevosyan Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. 1995-1999-cu illərdə millət vəkili vəzifəsini icra edib. 2008-ci il prezident seçkilərində Levon Ter-Petrosyanın seçki qərargahının rəhbərlərindən biri olub. Kütləvi etirazların dağıdılmasından sonra üç il həbs cəzasına məhkum edilib. Bir il sonra amnistiya ilə həbsdən çıxıb.