Rusiya Qara dənizdəki gəmilərinin sayını artırıb

27 aprel, 2023 13:24

Rusiya Qara dənizdəki hərbi gəmilərinin sayını artırıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri komandanlığının mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, Qara dənizdə Rusiyanın 7 gəmisi döyüş növbətçiliyindədir, onlardan üçü “Kalibr” qanadlı raketlərin daşıyıcısıdır.

Bundan əvvəl UNİAN agentliyi Qara dənizdə iki yerüstü reaktiv daşıyıcı gəminin növbətçi olması barədə məlumat yaymışdı.