Azərbaycan Türkmənistandan 510 milyon dollarlıq nə alıb? - Ticarət dövriyyəsi kəskin artıb

01 may, 2023 15:49

Azərbaycanla-Türkmənistan arasında ticarət dövriyyəsi 2021-ci ildəki 105 milyon dollar səviyyəsindən ötən il 535 milyon dollara yüksəlib. Nəticədə bir il ərzində beş dəfə artım qeydə alınıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, artım, əsasən, Azərbaycanın Türkmənistandan idxalının çoxalması hesabına baş verib. 2021-ci ildə Azərbaycan Türkmənistandan cəmi 71 milyon dollarlıq məhsul idxal etmişdisə, ötən il həmin rəqəm 510 milyon dollara yüksəlib. Nəticədə Türkmənistan 2022-ci ildə Azərbaycanın ən çox idxal gerçəkləşdirdiyi beşinci ölkə olub.

İlk dördlükdə Rusiya, Türkiyə, Çin və Almaniya qərarlaşıb. Azərbaycanın ötənilki toplam idxalının 3.5 faizi Türkmənistanın payına düşüb. Türkmənistana ixracsa 2021-2022-ci illərdə, əksinə, 9 milyon dollara yaxın azalıb.

İki ölkə arasında ticarət dövriyyəsindəki kəskin artım Azərbaycanın Türkmənistandan təbii qaz almasından qaynaqlanıb. Məlumdur ki, 2021-ci ilin noyabrında Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (swap) haqqında üçtərəfli saziş imzalanmışdı. Həmin saziş Türkmənistanın İran vasitəsilə Azərbaycana ildə 1.5-2 milyard kubmetr qaz tədarük etməsini nəzərdə tuturdu. Ötən ilin yanvarında hər gün 5-6 milyon kubmetr qazın Azərbaycana nəqlinə başlanıb. Daha sonra gündəlik qaz nəqlinin həcmi 7 milyon kubmetrə çatdırılıb. Bu sazişə görə, Türkmənistan qazı Türkmənistan-İran sərhədində alqı-satqıya çıxarılır və İran-Azərbaycan sərhədində İran qazının ekvivalenti ilə dəyişdirilir. Müqavilənin bitmə tarixi yoxdur.

Ötən ilin ilk rübünə dair açıqlanan rəqəmlərdən bəlli olur ki, bu il Türkmənistandan idxal daha da artıb. 2023-cü ilin ilk üç ayında Azərbaycan Türkmənistandan 190 milyon dollar dəyərində idxal gerçəkləşdirib. Bu, Azərbaycanın toplam idxalının təxminən 5 faizidir. Bir il öncə ilk rübün sonunda Türkmənistandan idxal cəmi 30 milyon dollarlıq olmuşdu.

Qeyd edilən üçtərəfli saziş hər üç ölkəyə üstünlük verir. Azərbaycan baxımından sözügedən saziş ixrac edilən qazın həcmini artırmağa kömək edir. Unutmaq olmaz ki, Türkmənistan qazı daha ucuzdur. Bunun səbəbi həm türkmən qazının maya dəyərinin daha az olması, həm də dünya bazarına məhdud çıxış imkanları ilə bağlıdır. 

Beləcə, Azərbaycan Türkmənistandan ucuz qiymətə əldə etdiyi təbii qazı daxili bazara yönəldir və onun yerinə, öz qazını daha baha qiymətə Avropa ölkələrinə satır. Azərbaycan Türkmənistandan təbii qazın hər min kubmetrini ötən ilin aprelində 80 dollara alsa da, sonrakı aylardan qiymət 140 dollara qalxıb. Bu ilin yanvarında Azərbaycanın özü xaricə hər min kubmetr qazı ortalama 548 dollara satıb.

Energetika Nazirliyinin məlumatına görə, bu ilin ilk üç ayında Azərbaycanda 12.2 milyard kubmetr təbii qaz hasil edilib. Bu, ötən illə müqayisədə 3 faiz artım deməkdir. Çıxarılan təbii qazın yarısından bir qədər çoxu – 6.5 milyard kubmetri ixrac edilib. İxracın əsas istiqaməti Avropa olub.

İlk üç ayda Azərbaycan Avropa Birliyi ölkələrinə 2.9 milyard kubmetr təbii qaz satıb. Bu, ölkənin toplam ixracının təxminən 45 faizi deməkdir. İxrac edilən təbii qazın 42 faizi – 2.7 milyard kubmetrlik hissəsi isə Türkiyəyə satılıb. Azərbaycanın təbii qaz ixracında Gürcüstanın payı 0.9 milyard kubmetr, başqa deyimlə 13 faizdir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"