Ermənistanda İkinci Qarabağ müharibəsi iştirakçılarının yaxınları Paşinyanın istefasını tələb edirlər

04 may, 2023 15:43

Ermənistanda İkinci Qarabağ müharibəsi iştirakçılarının yaxınları Nazirlər Kabinetinin qarşısında aksiya keçirir.

Azsiyaset.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanın xarici siyasət kursunun əleyhinə şüarlar səsləndirirlər.

Aksiya keçirilən əraziyə polis qüvvələri cəlb olunub.

Qeyd edək ki, N.Paşinyan bu gün Çexiyada səfərdədir.