Aİ Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu təsdiqləyib

04 may, 2023 21:59

Avropa İttifaqı (Aİ) Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu təsdiqləyib.

"Azsiyaset.com" Aİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ mayın 3-də Brüsseldə keçirilən IV Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun iclasında müzakirə edilib.

İclas Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin həmsədrliyi ilə keçirilib.

Bildirilib ki, görüş iştirakçıları Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, regional təhlükəsizlik ilə bağlı məsələləri və regionda sülhün, sabitliyin qorunmasında Aİ-nin rolunu müzakirə ediblər.

Bundan başqa, xarici siyasət, təhlükəsizlik və mümkün gələcək əməkdaşlıq, o cümlədən kibertəhlükəsizlik və hibridtəhlükəsizliyə qarşı mübarizə, ekstremizm və terrorizmlə mübarizə, kosmik fəaliyyət sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında konstruktiv müzakirələr aparılıb.

Görüşdə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu qeyd olunub.

“Aİ Azərbaycanla xarici və təhlükəsizlik siyasəti məsələlərində əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu, xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində yaranmış hazırkı çətin beynəlxalq şəraitdə sülh, təhlükəsizlik və sabitlik naminə işləməyə hazır olduğunu təsdiqləyib. Aİ sabit və dinc Cənubi Qafqazın dəstəklənməsinə töhfə vermək məqsədini rəhbər tutur. Aİ-nin əsas marağı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstək verməkdir. Aİ Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin yardımı ilə üçtərəfli Brüssel formatı da daxil olmaqla, sülh prosesini dəstəkləməyə hazırdır”, - E.Mora bildirib.

Hikmət Hacıyev Azərbaycanın Aİ-nin regionda etibarlı tərəfdaşı olduğunu vurğulayıb: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Üstəlik, Azərbaycan regionda sülh və sabitliyi fəal şəkildə təşviq edir, terrorizm, radikalizm, qeyri-qanuni miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə qlobal səylərə dəstək göstərir”.

O xatırladıb ki, hazırda Azərbaycan öz ərazilərində misli görünməmiş miqyasda yenidənqurma və humanitar minatəmizləmə işləri aparır: “Biz minatəmizləmə sahəsində Aİ-nin maliyyə dəstəyini yüksək qiymətləndiririk. Azərbaycan Ermənistana ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsinin beş əsas prinsipini təqdim edib. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüslərini, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin köməyi ilə Brüssel sülh prosesini dəstəkləyir”.

Görüşün sonunda Aİ və Azərbaycan nümayəndələri hər iki tərəf və bütün region üçün aktual olan məsələlər üzrə mütəmadi fikir mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.

Akif Qızılbaş

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"