Azərbaycan və Koreya arasında tibbi sığorta ilə bağlı memorandum imzalanıb

05 may, 2023 15:45

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti cari ilin 1-5 may tarixlərində Koreya Respublikasında işgüzar səfərdə olublar.

“Azersiyaset.com” xəbər verir ki, səfər müddətində Koreya Respublikasının bir sıra dövlət qurumları ilə görüşlər keçirilmiş, tibbi sığorta sisteminin inkişaf perspektivləri müzakirə edilmişdir, habelə bu sahədə tərəfdaşlığın genişlənməsinə əlavə imkanlar açan Anlaşma Memorandumları imzalanmışdır.

Belə ki, Agentlik və Koreya Respublikasının Milli Tibbi Sığorta Xidməti (NHIS)  arasında imzalanan Memorandum tibbi sığorta sistemini təkmilləşdirmək və bu sahədə qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək məqsədi daşıyır. Sənəddə həmçinin informasiya və qabaqcıl təcrübə mübadiləsi, birgə seminarlar, konfranslar, peşəkarlar üçün təlimlər, təcrübə və mübadilə proqramlarının keçirilməsi nəzərdə tutulur. Memorandum sığorta uyğunluğunun və sığorta ödənişlərinin idarə edilməsi, sığorta yığımlarının toplanılması, tibb müəssisələrinin fəaliyyətinin təşkili, sığorta maliyyəsinin səmərəliliyi, sağlamlıq haqqında ictimai məlumatlılığın artırılmasına istiqamətlənir.

Agentlik və Koreya Respublikasının Tibbi Sığortaya Baxış və Qiymətləndirmə Xidməti (HIRA) arasında imzalanan Memorandum isə tibbi xidmətlərin satın alınması, o cümlədən, göstərilən xidmətlər üzrə tibbi iddiaların yoxlanılması, Xidmətlər Zərfinin formalaşdırılması, dərman vasitələrinin və tibbi cihazların tariflərinin müəyyən olunması, ödəniş mexanizmlərin hazırlanması və təkmilləşdirilməsi, tibbi xidmətlərin keyfiyyəti, informasiya texnologiyaların tətbiqi sahələrində təcrübə mübadiləsinin təşviqinə yönəlib. HIRA ilə qurulan əməkdaşlıq onun  beynəlxalq icma və təşkilatlarla bölüşdüyü bilik və təcrübələrini əldə etməklə tibbi sığorta sistemində xidmət keyfiyyətini daha da yaxşılaşdırmağa istiqamətlənir. Eləcə də, Memorandumla Azərbaycan və Koreya Respublikasının tibbi sığorta sahələri üzrə birgə tədqiqatların aparılması və  nəticələrin beynəlxalq jurnallarda nəşr etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, NHIS vətəndaşları tibbi sığorta ilə təmin edən dövlət qurumu, HIRA isə Səhiyyə və Rifah Nazirliyinin tabeliyində fəaliyyət göstərən keyfiyyətin yoxlanılması və qiymətləndirilməsinə cavabdeh olan dövlət qurumudur.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"