Simonyan: “Sülhə hazırıq“
05 may, 2023 16:50
“Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.
"Azsiyaset.com" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Ankarada keçirdiyi brifinq zamanı bildirib.
O qeyd edib ki, Ermənistan ticari baxımından regionun açılmasında problem görmür.
Simonyanın sözlərinə görə, Azərbaycandan Naxçıvana, eləcə də Türkiyəyə vətəndaşların gediş-gəlişi və yüklərin daşınması Ermənistanın qanunvericiliyi və suverenliyi əsasında sərbəst şəkildə həyata keçirilə bilər:
“İrəvan Ankaranın bu istiqamətdə addımlar atacağına ümid edir”.
Xatırladaq ki, Ermənistan parlamentinin üzvləri Türkiyədə keçirilən Qara dəniz forumu çərçivəsində bu ölkədə səfərdədir.