“İrəvanla Bakı arasında münasibətlərin normallaşmasını dəstəkləyirik”

06 may, 2023 11:11

“Ermənistan və Azərbaycan arasında 4 gün davam edən konstruktiv təmaslardan sonra Vaşinqtonda davamlı sülh sazişi istiqamətində nəzərəçarpacaq irəliləyişin əldə edilməsini eşitmək xoş oldu”.

“Qafqazinfo” xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina öz rəsmi tviter hesabında yazıb. 

“Danışıqlar və dialoq yeganə yoldur. NATO iki tərəfdaşımız - Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, - deyə Kolomina qeyd edib.v