"Tam həqiqəti göstərəcəyik": Stiven Siqal ukraynalıların "bizdə nasistlər yoxdur" sözlərindən şoka düşüb

07 may, 2023 17:18

"ABŞ və Avropada Rusiya barəsində güclü saxta təbliğat maşını işləyir, xarici KİV-lərdə Ukrayna haqqında yazanların 99 faizi heç vaxt orada olmayıb..."

"Mən NATO və ABŞ-ın dediyi kimi, Ukraynaya hərbi müdaxilə olmadığını sübut etmək istəyirəm..."

Məşhur Hollivud aktyoru, son zamanlardan isə həm də Rusiyanın "Amerika mənşəli" nümunəvi vətəndaşı Stiven Siqal Samarada "Gitaralar sıradadır" antifaşist mahnı festivalında" keçirdiyi mətbuat konfransında məlumat verib ki, Ukraynadakı müharibə haqqında sənədli film çəkir.

"Azsiyaset.com" xəbər verir ki, bu barədə "Samara qəzeti" məlumat yayıb.

Məşhurun sözlərinə görə, bu film baş verənlər barədə tam həqiqəti göstərəcək."Hazırda xüsusi əməliyyat zonasında baş verən hadisələr barədə sənədli film çəkilir, çünki mən bunun böyük vəzifə olduğu qənaətindəyəm. 

Mən bizə və bütün dünyaya orada baş verənlər barədə tam həqiqəti göstərmək və bunun NATO, ABŞ və digər ölkə nümayəndələrinin dediyi kimi, hərbi müdaxilə olmadığını sübut etmək istəyirəm", - aktyor bəyan edib.

"ABŞ və Avropada Rusiya və onun hərəkətlərinin saxtalaşdırılması üzrə güclü təbliğat maşını işləyir, - aktyor buna əmindir. - Xarici KİV-lərdə Ukrayna haqqında yazanların 99 faizi heç vaxt orada olmayanlardır".

Siqalın fikrincə, "bu informasiyanı həm də ABŞ-da olan analitik mərkəzlər ustalıqla onlara ötürür".Stivenin özü isə qürurla bəyan edib ki, 2022-ci ilin yayında Donbasa səfər edib, ön cəbhədə olub və "orada baş verənlərin hamısını görüb".

"Mən şəxsən bir çox rusiyalı əsgər və zabitlərlə ünsiyyətdə olmuşam, - kinomatoqrafçı əmin edib.Eyni zamanda, Ukrayna sakinləri ilə söhbət etmək imkanım olub. Ukraynalıların, yerli əhalinin onlarda nasistlərin olmadığını hesab etməsi mənim üçün şok olub".

Əvvəllər xəbər verildiyi kimi, fevralın 27-də Rusiya prezidenti Vladimir Putin amerikalı aktyor, "Ədalətli Rusiya-Həqiqət uğrunda" partiyasının üzvü və Rusiya XİN-in ABŞ və Yaponiya ilə humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi Stiven Friderik Siqalın "Dostluq Ordeni" ilə təltif edilməsi haqqında fərman  imzalayıb.Bu mükafata o,  beynəlxalq mədəni-humanitar əməkdaşlığın inkişafına böyük tövhələr verdiyinə görə layiq görülüb, fərmanda deyilir.

Stiven Siqal 1952-ci ildə anadan olub. 

1980-1990-cl illərdə döyüş filmlərinin əvəzedilməz qəhrəmanl kimi məşhurlaşıb. O cümlədən "Mühasirədə", "Ölümcül təhlükədə", "Ədalət naminə" filmləri böyük uğur qazanıb.Siqal aykido ustasıdır, karate və digər döyüş məharətinə malikdir.Ata xətti ilə yəhudi babası və nənəsi Natan Ziqelman və Dora Qoldşteyn Sankt-Peterburqdan ABŞ-a köçüb.Aktyor özünü "monqol" hesab edir və deyir ki, onun əcdadları Buryatiyanın cənubunda yerləşən Kyaxta şəhərindəndir.

Stiven Siqal 2016-cı il noyabrın 3-də Rusiya vətəndaşlığı alıb. Ona pasportu şəxsən Vladimir Putin təqdim edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"