ABŞ-dan Türkiyəyə gözlənilməz təklif

07 may, 2023 17:28

ABŞ Türkiyəyə S-400 zenit raket kompleksini Ukraynaya göndərməyi təklif edib.

"Azsiyaset.com" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Haberturk" telekanalına müsahibəsində bildirib.

“Bizə S-400-ə özlərinin nəzarət etməsini təklif etdilər. Bu, bizim müstəqilliyimizə müdaxilədir. Hətta bizə S-400-ü Ukraynaya göndərmək də təklif olundu, bizə bununla razılaşmadıq”, - deyə XİN başçısı vurğulayıb.