Ceyhun Bayramov litvalı həmkarı ilə görüşüb - FOTO

08 may, 2023 11:23

Azərbaycan və Litva xarici işlər nazirlərinin geniş tərkibli görüşü keçirilib.

Bu barədə "Azsiyaset.com" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Ceyhun Bayramovun Litvanın dövlət rəsmiləri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Hökuməti və Litva Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik etməsi nəzərdə tutulub.