Naxçıvanda nazir işdən çıxarıldı

08 may, 2023 12:44

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova vəzifəsindən azad edilib. 

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb. 

Digər sərəncamla Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Həsən Nizami oğlu Kərimova həvalə edilib.