“Xalqın varlığını düşünən Dahi” - Zaur Mirzə-zadə

09 may, 2023 12:04

Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Heydər Əliyevin çoxillik fəaliyyəti, Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətləri o qədər zəngindir ki, bu nəhəng ideya-siyasi irsi sonadək araşdırmaq bir nəslin görüb qurtaracağı iş deyil. Umümmilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyini inkişaf etdirən, müstəqilliyini möhkəmləndirən ideya və əməlləri strateji və taktiki mükəmməlliyi, əhatəliyi və ardıcıllığı ilə seçilirdi. O, ictimai həyatın bütün sahələrində genişmiqyaslı dəyişikliklər yaratmağı, kompleks islahatlar aparmağı bacaran nadir liderlərdən idi.

Zaman keçdikcə hər nəsil bu tükənməz xəzinəyə öz tələbatı və meyarları baxımından yanaşacaq, özünə gərəkli pay götürəcək. Doğrudan da, illər keçdikcə biz ümummilli liderimizin tarixi fəaliyyətinin məntiqini, mahiyyətini, nəticələrini daha yaxşı dərk etməyə başlayırıq.

Bu həqiqətin sübutu olaraq ümummilli liderin həyatının müstəqil Azərbaycan dövlətinin xilas edilməsinə və onun mövcudluğunun əbədiləşdirilməsinə həsr olunmuş illərinə nəzər saldıqda, o zaman çərçivəsində xalqını düşünən və Azərbaycanı dünyaya tanıtmaq naminə böyük işlər görülmüşdür.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyevin seçdiyi taktika belə bir məqsədə xidmət edirdi: Azərbaycanın iqtisadiyyatını, sovet imperiyası daxilindəki mövqeyini gücləndirməklə onu elə səviyyəyə qaldırmaq lazımdır ki, bu yüksəliş respublikanı dünyaya tanıdan, onun milli-etnik mövcudluğundan xəbər verən təsirli amilə çevrilsin.Hamı bilirdi ki, Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyət göstərdiyi dövrlərdə geniş quruculuq işləri ilə məşğul olub, milli maraqların keşiyində dayanıb.

Növbəti dönəmdə isə ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, yeni tarix əvvəlki tarixin davamıdır. Sovet imperiyasının çöküşü və müstəqillik epoxasının başlanması nə qədər yeni olsa da, aydın baxışlı siyasətçi olan Heydər Əliyev əvvəllər gördüyü işləri yeni tarixi şəraitdə davam etdirdi. Ənənə davam etməli idi.
Bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla təmas xəttində atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yaratdı.

Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının üzləşdiyi sosial iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı dövlətlərlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Eyni zamanda, bu dövrdə bəzi qonşu dövlətlərlə müstəqilliyin ilk iki ilində əsassız yaradılmış soyuqluğun aradan qaldırılması istiqamətində bir sıra zəruri tədbirlər görüldü.

Ümumilikdə, tarixi təcrübə və araşdırmalar da sübuta yetirdi ki, Heydər Əliyevin Azərbaycan iqtidarına xalqın çağırışı ilə ikinci gəlişi təkcə xalqı və müstəqilliyi təhlükələrdən qurtarmaqla bitmədi, həm də ölkənin daimi etibarlı müdafiəsini reallaşdırdı. Qurtuluş missiyası geniş anlamda, xarakterinə görə, bütövlükdə, xalqın varlığı, mənəvi, ruhi, mədəni mövcudluğu, sabahı ilə bağlı problemləri özündə ehtiva edirdi.
H­ey­dər Əli­ye­vin və­tən, xalq qar­şı­sın­da ən bö­yük xid­mə­ti müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin par­ça­lan­maq, məhv ol­maq təh­lü­kə­sin­dən qur­tar­ma­sı, müs­tə­qil­li­yi­mi­zi əbə­di və dön­məz et­mə­si­dir. Məhz onun nə­həng fəa­liy­yə­ti nə­ti­cə­sin­də Azər­bay­can su­ve­ren döv­lət ki­mi in­ki­şaf et­miş, möh­kəm­lən­miş və dün­ya bir­li­yin­də la­yiq­li ye­ri­ni tut­muş­dur.

Bu gün Heydər Əliyevin müstəqil dövlət quruculuğu siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam və inkişaf etdirir. Azərbaycan xalqının, ümumən insanlığın zəngin tarixi birgəyaşayış təcrübəsinə əsaslanaraq, insanın və cəmiyyətin çoxspektrli mənəvi tələblərinin ödənilməsində ən humanist amil kimi insanın vətəndaşlıq dünyagörüşünün mükəmməlləşməsini təmin edir. Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Bu müddətdə ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Vətəndaşların sosial rifah halı əvvəlki dövrlərlə müqayisə olunmayacaq qədər yüksəkdir. Ölkə başçısı İlham Əliyevin hər bir azərbaycanlının prezidenti olacağam sözlərini əməli ilə sübut edir.

Zaur Mirzə-zadə

“DAİM” Mərkəzinin sədri

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"