Azərbaycan prezidentinin İran xalqını təbrikinin şifrələri

24 oktyabr, 2020 11:58

Prezident İlham Əliyevin oktyabrın 22-də Azərbaycan-İran sərhədində işğal altındakı sonuncu yaşayış məntəqəsi olan Ağbənd qəsəbəsinin azad edilməsi münasibətilə Azərbaycan və İran xalqını təbrik etməsi maraqla qarşılandı.

Məsələ ondadır ki, 27 ildən sonra Azərbaycanın İranla olan sərhədinin işğalda olan 132 kilometrlik hissəsi azad edilmişdi. Düzdür, bu təbrikin emisoinal hissəsi sentyabrın 27-dən bu yana sərhədə toplaşıb Azərbaycan ordusunun uğuruna sevinən, qələbəsini göz yaşları ilə qeyd edən o taylı azərbaycanlılara gözaydınlığı idisə, praqmatik hissəsi isə sərhədlərin nəzarətə götürülməsinin yaratdığı yeni siyasi, iqtisadi situasiyaya görə idi.

Azərbaycan-İran sərhədlərinin işğaldan azad edilməsi iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq. Sirr deyil ki, Azərbaycan-İran münasibətləri bu günə qədər hamar yollardan keçməyib. İki ölkə arasında münasibətlərdə bir sıra həssas mövzular olub. Onlardan biri də Ermənistan-İran əlaqələri olub. İranın işğalçı Ermənistanla əlaqələri rəsmi dairələrdə olmasa da, xalq arasında qınaq və narazılıqla qarşılanıb.

Azərbaycanın işğal olunmuş əraziləri azad etmək məqsədilə sentyabrın 27-dən etibarən apardığı əks-hücum əməliyyatları həm də qonşu İranla əlaqələrdə sınaq oldu. Çünki ötən müharibədə İranın Ermənistana yardım etməsi ilə bağlı iddialar iki ölkə münasibətlərinə rəsmi səviyyədə olmasa da, cəmiyyət arasında ciddi tənqid və qınaq mövzusu olmuşdu.

Baxmayaraq ki, İslam Respublikası münaqişənin ilk günündən bütün beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, işğal faktını təsdiqləyib. Lakin eyni zamanda Tehran Ermənistanla əlaqələrini davam etdirib və bu mövzu müəyyən mənada iki ölkə arasında rəsmi səviyyədə olmasa da, siyasilərin çıxışları və mediada ciddi müzakirə olunub. bu mənada İranın Azərbaycan və Ermənistan arasında başlayacaq müharibədə özünü necə aparması həm də gələcək münasibətlər baxımdan ciddi əhəmiyyət kəsb edirdi.

Bu səbəbdən də hərbi əmliyyatların başladığı ilk gün İran XİN rəhbərinin ehtiyatlı açıqlaması, tərəfləri sülhə çağırması Azərbaycanda narazılıqla qarşılandı. Həmin günlərdə İran ərazisindən Rusiyadan göndərildiyi güman olunan “Kamaz” maşınlarının Ermənistana daşınması ilə bağlı yayılan foto və videolar Azərbaycanda və İran azərbaycanlıları arasında etirazlara səbəb olduqdan sonra rəsmi Tehran açıqlama yayaraq iddiaları təkzib etdi.

Sentyabrın 29-da isə İranın Şərqi-Azərbaycan əyaləti qubernatorunun müavini Əlyar Rastqu yük maşınlarının Ermənistanın Rusiyadan aldığı nəqliyyat vasitələri olduğunu, ancaq heç bir hərbi təchizata malik olmadığını və bu maşınların sərhəddə saxlanıldığını bəyan etdi.  

Sonrakı günlərdə isə İran rəsmiləri daha açıq mövqe ortaya qoyaraq Azərbaycanın haqlı mövqeyini dəstəklədilər. Ümumilikdə hərbi əməliyyatlar başladıqdan sonra İranın müxtəlif qurum və nüfuzlu şəxsləri (dini liderlər, keçmiş ordu komandanları və sair) 30-dan çox bəyanat verdi. O cümlədən, İran Prezidenti Administrasiyasının rəhbəri, Ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri, İslam Şurası Məclisinin üzvləri, Hökumətin və Xarici İşlər Nazirliyinin mətbuat katibləri, Ali rəhbərin Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindəki nümayəndələri, nüfuzlu ayətullahlar (Ayətullah Nuri Həmədani və Ayətullah Nasir Məkarim Şirazi) Ermənistan tərəfindən işğal edilmiş torpaqların azad olunmasında, ərazi bütövlüyünün təmin olunmasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlar səsləndirdilər.

Eyni zamanda Azərbaycan Prezidenti isə müharibənin gedişində bəyan etdi ki, İran ərazisindən Ermənistana silah ötürülməsi ilə bağlı onda hər hansı məlumat yoxdur. Prezident İlham Əlyevin bu açıqlaması Arazın o tayı və bu tayında ciddi reaksiya doğurdu.

Əlbəttə, İran böyük ölkədir, bu ölkədə qədim və böyük erməni diasporu ilə yanaşı Azərbaycanı sevməyən qüvvələr də var. Amma o da var ki, həlledici qərarları qəbul edənlərə bu qrupların təsiri azdır. İran hakimiyyəti həlledici məqamda seçimini etdi.

Əlbəttə, bu seçim yalnız qonşu və etnik, dini bağlara görə deyildi.

İran-Azərbaycan münasibətlərində rol oynayan yalnız iki ölkə xalqları arasında etnik yaxınlıq və ya müsəlman həmrəyliyi deyil, həm də qarşılıqlı əməkdaşlıq və etibarlı tərəfdaşlıq münasibətləridir. Azərbaycan dövləti ərazi münaqişəsi olmasına baxmayaraq İrana qarşı ən ağır ən sərt sanksiyalar zamanı belə Tehranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu dəstəkləyib, bu ölkə ilə münasibətlərində dostluq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əməl edib. Son illər ərzində ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edərək siyasi, iqtisadi, ticari, enerji, nəqliyyat, hərbi, mədəni və digər sahələri əhatə edib.

İndi isə Azərbaycan Respublikası mövcud olduğu 30 ilə yaxın müddətdə təkcə ölkəmizin deyil, bütövlükdə regionun inkişafı, sülh və sabitliyin yaranması qarşısında ən böyük maneə olan işğalçı Ermənistana qarşı sülhə vadaretmə əməliyyatlarına başlayıb. Bu əməliyyatın uğurla nəticələnməsi yalnız Azərbaycan üçün deyil, həm də region üçün uzun illərdir davam edən gərgin, ağır hərbi-siyasi, eləcə də sosial-iqtisadi vəziyyəti dəyişəcək. İşğalın başa çatması, azad edilən yeni ərazilərin yenidən qurulması, iqtisadiyyatın və kənd təsərrüfatının bərpası qonşu İrn üçün də iqtisadi faydalar vəd edir. 

Hələ 4 il əvvəl Azərbaycan və İran arasında imzalanan Xudafərin və Qız Qalası hidroqovşaqlarının və su elektrik stansiyaları birgə istismarı müqaviləsi bugünkü günlər üçün idi. İndi artıq azad edilmiş torpaqların elektrik enerjisi, eləcə də içməli və suvarma suyu ilə təminatı üçün böyük mənbə hazırdır.

Nəticə etibarı ilə İranbu məsələdə haqqın yanında oldu, işğalçını deyil, işğala məruz qalıb toprqalarını azad etmək üçün müqəddəs müharibəyə başlayan ölkəni dəstəklədi. Azərbaycana verdiyi dəstək İran üçün yuxarıda da qeyd olunduğu kimi, həm də siyasi, iqtisadi, sosial və digər sahələrdə də faydalı olacaq. Ən əsası isə işğala qarşı mübarizəni müqəddəs savaş elan edən Azərbaycan xalqının gözündə etibarını itirmək istəmədi.

Bu mənada Azərbaycan prezidenti İran xalqını təbrik etməkdə haqlı idi, sərhədlərimizin ermənilərdən təmizlənməsi, torpaqlarımızın işğaldan azad edilməsi İran üçün mühüm an idi.

musavat.com

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR