Ermənistan zərbə PUA-ları tətbiq edir - Təcili

12 may, 2023 13:19

Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.

Azsiyaset.com xəbər verir ki, bu barədə MN məlumat yayıb.

"Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir. Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur", - məlumatda bildirilib.