Sinan Oğanın 5 şərti...

16 may, 2023 13:26

Türkiyədə prezident seçkiləri II tura qalıb. Belə ki, səsvermə prosesi mayın 28-i baş tutacaq. “ATA İttifaqı”ndan prezidentliyə namizəd Sinan Oğan 5,17% səs toplayaraq seçkinin II tura keçirilməsində mühüm rol oynayıb.

Oğanın 2-ci turda dəstəkləyəcəyi namizəd üçün 5 şərtinin olacağı, qırmızı xəttinin isə “terror təşkilatlarından uzaqlıq” olduğu vurğulanır.

Siyasətçi 2 milyon 829 min 634 seçicinin səsini qazanaraq seçki nəticələrinə birbaşa təsir edəcək mövqedədir. İndi isə ona səs verən şəxslərin prezidentlik uğrunda mübarizə aparan hazırkı dövlət başçısı, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğanı, yoxsa Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyib-dəstəkləməyəcəyi müzakirə olunur.

“Hürriyət”in köşə yazarı Umut Erdem “Seçimin kilit ismi Sinan Oğanın olmazsa olmaz 5 şartı” adlı yazısında bu məsələyə toxunub.
Onun sözlərinə görə, 55 yaşlı Sinan Oğan seçicilərin fikirlərinə təsir etmək üçün mayın 28-nə qədər müxtəlif məsləhətləşmələr aparmaq barədə qərara gəlib.

İlk danışıqlar isə yaxın günlərdə “ATA İttifaqı”na daxil olan partiyalarla olacaq. Oğan Zəfər Partiyası, Ədalət Partiyası, Ölkəm Partiyası və Türkiyə İttifaqı Partiyasının sədrləri ilə görüş keçirəcək. Bu prosesdə Zəfər Partiyasının sədri Ümit Özdağın münasibəti də əsas rol oynayacaq. Bu görüşün nəticələrinə əsasən 14 günlük prosesin yol xəritəsi müəyyənləşəcək.

Oğan dəstəkləyəcəyi namizədlə bağlı 5 vacib şərt müəyyən edib. Bunlar Konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi, 66-cı maddədə yer alan türklüyün Konstitusiyadan çıxarılması cəhdinə (bir müddət öncə DEVA Partiyasının sədri Ali Babacan “Türkiyə dövlətinə vətəndaşlıqla bağlı olan hər kəs türkdür” ifadəsinin yer aldığı 66-cı maddənin yenidən nəzərdən keçirilməli olduğunu bildirib - red.) qarşı sərt mövqe sərgilənməsi, 13 milyon qaçqının göndərilməsi, son iqtisadi böhranın əsas səbəbləri olan faiz, inflyasiya, nəticə spiralından xilas olmaq, terror təşkilatları və onların siyasi strukturları ilə uzaqlıqdır. Bu şərtlər yerinə yetirilməyənə qədər ikinci mərhələnin keçirilməyəcəyi fikri irəli sürülüb.

“Türkiyənin böhrana düşməsinə əsla imkan verməyəcəyik. Biz öz münasibətimizi millətimizin mənafeyinə uyğun olaraq təyin edəcəyik. Qarşıda bizi çətin 15 gün gözləyir. Biz heç vaxt deməyəcəyik ki, bunu və ya onu dəstəkləyirik. Məsləhətləşmələr aparacağıq. Bazarlıq aparacağımız kimi söz-söhbətlər yayılır, yalandır”, - Oğan I turdan sonra deyib.

Qeyd edək ki, mayın 14-ü keçirilən prezident seçkilərinin I turunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"