Brüssel görüşündə iki sevindirici məqam - "Zəngəzur yolu çəkiləcək, delimitasiya başlayacaq"

16 may, 2023 13:35

“Brüsseldə əldə olunan ən böyük nəticə odur ki, görüş gerçəkləşib. Şarl Miselin bəyanatında məni iki məqam çox sevindirdi”.

Bunu politoloq Zərdüşt Əlizadə Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin sonuncu görüşünü şərh edərkən deyib.

Xatırladaq ki, görüşdən sonra Aİ Şurasının rəhbəri deyib ki, liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşləri bərpa etmək barədə razılığa gəliblər: "1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29 min 800 kv.km), Azərbaycanın (86 min 600 kv.km) müvafiq ərazi bütövlüyünə qeyd-şərtsiz sadiq olduqlarını bir daha təsdiq etdilər. Sərhədin yekun delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq".

Onun sözlərinə görə, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Görüşlə bağlı Azərbaycan hökumətinin təmsilçiləri də razılıqlarını ifadə ediblər. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hesab edir ki, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbiti müstəsna əhəmiyyət kəsb edir.

Z.Əlizadə qeyd edib ki, müsbət məqamlardan biri tərəflərin delimitasiya işini ciddi müzakirə edəcəklərinə dair razılığa gəlmələridir. “Əslində tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyandan sonra Azərbaycan ordusu Ermənistan tərəfə düşəcək ərazidən çəkiləcək, amma bunun müqabilində Ermənistan Qarabağdakı qanunsuz silahlı birləşmələrini çıxarmalıdır. Bunlar təmin edilsə və anklavlar ən azından müzakirə edilməyə başlasa, sərhədlər, demək olar ki, bəllidir",- təhlilçi qeyd edib.

Onun sözlərinə görə, Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, onlar Qarabağ ərazisindən silahlı qüvvələrini tam çıxarıblar. Onların deməsinə görə, Qarabağın "müdafiə ordusu" onlara aid deyil. Üstəlik, hər iki tərəf müəyyən ərazilərinin hələ də işğalda qaldığını bildirir.

Z.Əlizadə ikinci pozitiv məqam kimi Ermənistanın Zəngəzur yolunun çəkilməsinə razılıq verməsini göstərir: "Nəzərə alsaq ki, bu razılıq Brüsseldə verilib, yolun çəkilməsinin maliyyə tərəfini Avropa İttifaqı öz üzərinə götürəcək".

Moskva görüşünə gəlincə, Z.Əlizadə deyib ki, Azərbaycan Rusiyanın mövqeyini bir daha eşidəcək: "Amma bu o demək deyil ki, həm Mirzoyanın, həm Bayramovun orada öz iradəsini diktə etməyə imkanı yoxdur. Var. Görüşmək lazımdır".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"