"Sisyan-Gorus-Laçın və Şuşa yolunu nəzarətə götürmək qələbə çalmağa bərabərdir" - Qubad İbadoğlu

25 oktyabr, 2020 09:52

ABŞ-ın Rutgers Universitetinin professoru, əslən Füzulidən olan iqtisadçı alim Qubad İbadoğlu həm də maraqlı müharibə şərhləri edir.

Azsiyasət.com onun son şərhini təqdim edir:

"Xilaskar Azərbaycan Ordusu bütün cəbhə boyu üstün mövqedədir. Nəzərə almaq lazımdır ki, irəliyə getdikcə Dağlıq Qarabağa məxsus təbiətin ermənilərin nəzarətində olan istehkamları ilə qarşılaşırıq. İnanıram ki, yenilməz ordumuz onları da aşacaq və yüksəklikləri fəth edərək, bütün torpaqlarımızı azad edəcək.

Füzuli cəbhəsində Məngələnata yüksəkliyinə nəzarət edən ordumuz hazırda Üryandağ və Qızılqaya (Şərurdakı deyil) yüksəkliklərini ələ keçirməyə çalışır, ondan sonra Qırmızı bazarı, Xocavəndi götürmək asanlaşacaq. Qırmızı bazardan sonra Şuşaya və Xankəndinə, Xocavənddən isə Ağdama doğru yollar açılacaq.


Qubadlı cəbhəsində Həkəri çayının sağ sahili boyunca irəliləyən ordumuzun hədəfi Laçın dəhlizinə nəzarət etməkdir. Qarabağın qapısı sayılan Laçın ermənilər üçün çox əhəmiyyətlidir, Sisyan-Gorus-Laçın və Şuşa yolunu nəzarətə götürmək isə qələbə çalmağa bərabərdir. Ona görə də ordumuz hər iki cəbhədə ciddi müqavimətlə qarşılaşır. Müqavimətin artmasında ermənilərin Rusiyadan gətirdiyi yeni silahlar da rol oynayır.

Ermənilər Laçını saxlamaq üçün müxtəlif vasitələrə əl atsalar da, buna nail ola bilməyəcəklər, tezliklə müqavimət qırılacaq və onlar təslim olacaqlar. Beləliklə də xilaskar Azərbaycan Ordusu torpaqlarımızı yağılardan azad etməklə bərabər, 1991-1993-cü illərdə adını çəkdiyim yüksəkliklər uğrunda döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizin də ruhunu şad edəcəklər.

Odur ki, cəbhədən yaxşı xəbərlər gözləyin, darıxmayın. İndi əsas məsələ kəndlərin deyil, yüksəkliklərin azad edilməsi, Lacın dəhlizinin nəzarətə götürülməsidir. Əsgər və zabitlərimizə dualarınızı əsirgəməyin ki, onlara əlavə ruh, güc və enerji gəlsin, həm torpaqları azad etsinlər, həm də bir-birlərini qoruyub qalib ordunun əsgərləri kimi sağ-salamat və sevinclə ailələrinə dönüb, xoşbəxt həyatlarına qayıtsınlar. Allah onları qorusun!"

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"