Bu YAP-dan niyə çıxarılıb? - SİYAHI

19 may, 2023 13:57

Hakim partiyadan xaric edilənlər arasında cinayət məsuliyyətinə cəlb olunanlar var

Mayın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib.

YAP-dan verilən xəbərə görə, YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi barədə məlumat verib. İclasın müzakirəsinə YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Mehman oğlu Əmiraslanovun vəzifəsindən azad edilməsi, YAP Gəncə şəhər təşkilatına və YAP Hacıqabul rayon təşkilatına sədr təyin olunması, Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı partiyanın rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılması və cari məsələlər çıxarılıb.

İclasda ilk olaraq YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Mehman oğlu Əmiraslanovun səhhəti ilə bağlı vəzifəsindən azad edilməsi barədə ərizəsinə baxılıb və müvafiq qərar qəbul olunub.

Sonra YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə partiyanın İdarə Heyətinin üzvü Bayram Mirazim oğlu Aslanovun və YAP Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə İsmayıl Hüseyn oğlu İbrahimovun təyin olunması məsələsinə baxılıb. YAP İdarə Heyətinin üzvləri Hikmət Məmmədov, Musa Quliyev, Pərvin Kərimzadə, Amin İsmayılov, Asif Əsgərli, Tofiq Cahangirov və Elmar Qasımov çıxış edərək hər iki şəxsin namizədliyini dəstəklədikləri bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Müzakirələrdən sonra Bayram Mirazim oğlu Aslanovun YAP Gəncə şəhər təşkilatının sədri, İsmayıl Hüseyn oğlu İbrahimovun isə partiyanın Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunub. Bayram Aslanov və İsmayıl İbrahimov çıxış edərək təşəkkürlərini bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

İdarə Heyətinin iclasında Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına da baxılıb. YAP İdarə Heyətinin üzvləri Bahar Muradova və Elmar Qasımov çıxış edərək məsələyə münasibət bildiriblər. 15 nəfərin partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub. Cari məsələlərlə bağlı müzakirələr zamanı isə YAP İdarə Heyətinin üzvləri Musa Quliyev, Tahir Mirkişili, Kamal Cəfərov və Elmar Qasımov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

YAP İdarə Heyətinin üzvü Musa Quliyev “Yeni Müsavat”a bildirdi ki, partiyadan xaric edilənlər arasında cinayət məsuliyyətinə cəlb olunanlar var. O, qəsdən cinayət törətmiş şəxslərin partiya üzvü ola bilməyəcəyini qeyd etdi: “Partiyanın nüfuzuna xələl gətirə biləcək başqa səbəblər də var: başqa partiyanın üzvü olub, bunu gizlədənlər bilər, üzvlük haqlarının verilməsindən yayınma halları ola bilər, partiya bileti alsa da,  uzun müddət partiya ilə əlaqə saxlamayan, tədbirlərdə iştirak etməyən, çağırışlara qoşulmayan şəxslər ola bilər və s. Bu kimi hallarda partiya bu şəxslərlə yollarını ayırır. Əvvəlki qaydalar buna icazə verirdi, lakin YAP-ın yeni nizamnaməsi buna imkan vermir. Bu kimi səbəblərə görə 15 nəfər partiya sıralarından xaric edilib. Onların arasında ictimaiyyət tərəfindən tanınan şəxslər yoxdur. YAP-ın nüfuzlu üzvləri başa düşürlər ki, partiyanın nüfuzunu qorumaq lazımdır. YAP-ın 700 mindən çox üzvü var. Audit yoxlamaları, uçot dəqiqləşdirilməsi zamanı partiyadan xaricedilmə halları ola bilər”.

M.Quliyev qeyd etdi ki, adların açıqlanmaması şəxsi istəklə bağlıdır: “Əgər partiyadan xaric edilmiş şəxslər istəsələr, özləri məlumat verə bilərlər. Hesab edirəm ki, adların cəmiyyətə açıqlanması partiya etikası qaydasına uyğun deyil”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI