Kılıçdaroğlu ilə Ərdoğan arasında debat baş tutacaqmı?

20 may, 2023 09:56

Türkiyə prezidentliyinə namizəd, CHP sədir Kemal Kılıçdaroğlu Prezident Rəcəb Tayyip Ərdoğanı debata çağırıb.

Siyasətçi “YouTube” platformasında “BaBaLa TV”nin qonağı olacaq.

CHP sədri proqramda aparıcı Oğuzhan Uğur ilə yanaşı AKP-li gənclərin də suallarını cavablayacaq. 

Kılıçdaroğlu Ərdoğana tamaşaçıların suallarını birlikdə cavablandırmağı təklif edib.