Sinan Oğan kimi dəstəkləyəcək?

22 may, 2023 12:35

Türkiyədə keçirilən prezident seçkilərinin I turunda məğlub olan “ATA İttifaqı”nın namizədi Sinan Oğan bu gün seçkilərin II turu ilə bağlı mövqeyini açıqlayacaq.

S.Oğan bu barədə öz tviter hesabında bildirib. O, bununla bağlı yerli vaxtla 17:00-da mətbuat konfransı təşkil edəcək.

Beləliklə, Sinan Oğanın I turda topladığı 5,2% səsin II turda iştirak edən iki namizəddən hansına yönləndiriləcəyi məlum olacaq.

“Hürriyet” qəzetinin köşə yazarı Umut Erdem Oğanın öz dəstəyini “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğana ifadə edəcəyinin gözlənildiyini qeyd edib. Onun sözlərinə görə, prezidentliyə keçmiş namizədin 5 maddədən ibarət protokolu imzalayıb Ərdoğana öz dəstəyini bəyan etməsi gözlənilir.

O, həmçinin Sinan Oğanın hazırkı Prezident Ərdoğanla görüşdən əvvəl XİN rəhbəri Mövlud Çavuşoğlu ilə də danışıqlar keçirdiyini vurğulayıb.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri zamanı hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,52%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb. Mayın 28-i ikinci tur baş tutacaq.

Mayın 19-u isə Ərdoğan Sinan Oğanla görüşüb. Mediaya qapalı şəkildə keçirilən iclas 50 dəqiqə davam edib.

Qeyd edək ki, Oğan dəstəkləyəcəyi namizədlə bağlı 5 vacib şərt müəyyən edib. Bunlar Konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi, 66-cı maddədə yer alan türklüyün Konstitusiyadan çıxarılması cəhdinə (bir müddət öncə DEVA Partiyasının sədri Ali Babacan “Türkiyə dövlətinə vətəndaşlıqla bağlı olan hər kəs türkdür” ifadəsinin yer aldığı 66-cı maddənin yenidən nəzərdən keçirilməli olduğunu bildirib - red.) qarşı sərt mövqe sərgilənməsi, 13 milyon qaçqının göndərilməsi, son iqtisadi böhranın əsas səbəbləri olan faiz, inflyasiya, nəticə spiralından xilas olmaq, terror təşkilatları və onların siyasi strukturları ilə uzaqlıqdır. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"